Dövlət xidmətlərinin göstərilməsində istifadə olunacaq Azərbaycan dili modellərinin hazırlanması istiqamətində işlər aparılır.
Xeberler.az məlumat verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Mədəniyyətlərarası rəqəmsal gələcək: rəqəmsallaşma və süni intellekt əsrində cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal səriştələr” mövzusunda plenar iclasın açılışında deyib.
R.Həsənov bildirib ki, qlobal texnologiya şirkətlərinin 10 milyonluq bazar üçün ayrıca model hazırlamaması obyektiv səbəblərlə bağlıdır: “Buna görə də Azərbaycan bu imkanları özünün inkişaf etdirməyə çalışır. Azərbaycan dili modellərinin yaradılması artıq rəqəmsal suverenlik məsələsinə çevrilib”.
O qeyd edib ki, “myGov” tətbiqində nitqin mətnə çevrilməsi texnologiyasının və ilk agent əsaslı xidmətlərin tətbiqinə başlanılıb. İlin sonunadək “myGov” platformasında bu cür xidmətlərin sayının artırılması nəzərdə tutulur.
Nazir müavini vurğulayıb ki, rəqəmsal transformasiyanın əsas meyarı xidmətlərin vətəndaşların yaşından, dilindən və rəqəmsal bacarıqlarından asılı olmayaraq hər kəs üçün əlçatan olmasıdır.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları