Azərbaycanın intellektual mülkiyyəti və innovativ idarəetmə modeli artıq dünyanın dörd qitəsinə, o cümlədən Afrikaya ixrac olunur. Biz oxşar sistem və modelləri Əfqanıstan, İndoneziya, Özbəkistan və Uqandada qurmuşuq. Bunun davamı olaraq, Efiopiyada da bu modeli tətbiq etdik. Azərbaycanın təcrübəsinə əsaslanaraq Efiopiya da "ASAN xidmət" modelini istifadəyə verib.
Xeberler.az məlumat verir ki, bu sözləri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) Beynəlxalq əlaqələr üzrə baş direktoru Məhəmmədəli Xudaverdiyev Bakıda keçirilən “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransın "Gündəm 2063 və Afrikanın beynəlxalq münasibətlər sistemində artan rolu" mövzusundakı panel müzakirələrdə söyləyib.
“Azərbaycanda yaşayan vətəndaşlara və xarici rezidentlərə doğumdan başlayaraq həyatın bütün mərhələlərini əhatə edən 400-dən çox xidmət təqdim edirik. Bu yanaşma BMT-nin “Heç kəsi geridə qoymamaq” prinsipinə və Dayanıqlı İnkişaf Məqsədlərinə tam uyğun gəlir. Əlçatanlıq və inklüzivlik "ASAN xidmət" mərkəzlərinin əsas prinsiplərindəndir”, - deyə o bildirib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları