Previous Next
Bağla

BP növbəti 5 dərsliyin Azərbaycan dilinə tərcümə edilən nəşrini təqdim edib

20-02-2024 10:53
BP növbəti 5 dərsliyin Azərbaycan dilinə tərcümə edilən nəşrini təqdim edib

BP növbəti 5 dərsliyin Azərbaycan dilinə tərcümə edilən nəşrini təqdim edib

Bu gün BP beynəlxalq universitetlərdə geniş istifadə edilən seçilmiş növbəti beş dərsliyin Azərbaycan dilinə tərcümə edilmiş nəşrlərini təqdim edib.

Xeberler.az  xəbər verir ki, bu, BP-nin yerli universitetlər üçün qabaqcıl beynəlxalq təhsil resurslarına, bilik və təcrübələrə çıxış imkanının təmin edilməsinə yönəlmiş iri bir təhsil layihəsinin bir hissəsidir. Layihə hazırda növbəti beş kitabın tərcüməsi ilə davam edir və həmin kitabların təqdimatı gələn ilə planlaşdırılır.

Bu gün M. F. Axundov adına Milli Kitabxanada yeni beş nəşrin ictimaiyyətə təqdimatı keçirilib. Tədbirdə çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Bu gün təqdim etdiyimiz beş kitab indiyədək Azərbaycana gətirdiyimiz 19 qabaqcıl beynəlxalq dərsliyin siyahısına dəyərli əlavədir. Bu kitablar yerli universitetlərin professor-müəllim heyətləri tərəfindən diqqətlə seçilərək tövsiyə edilib. Bu baxımdan hesab edirik ki, bu kitabların hamısına, həqiqətən də, böyük ehtiyac var və onlar Azərbaycanda ən çox tələb olunan dərsliklərdəndir. Nəzərə alsaq ki, bu dərsliklər dünyada ali təhsil üzrə ixtisaslaşan ən nüfuzlu nəşriyyatlar tərəfindən nəşr olunub, universitetlərimizin bu kitablara birbaşa çıxışının təmin edilməsi professor-müəllim heyəti və tələbələr üçün böyük bir dəstəkdir. Biz isə çalışacağıq ki, bu dəstəyi davam etdirək”.

Bu gün təqdim edlimiş kitablar aşağıdakılardır:

- Marketinq strategiyası: ilkin prinsiplərin və verilənlərin təhlili əsasında (Müəllif: Robert Palmatier, Şrihari Sridar) Nəşriyyat: “Red Globe Press”, 2021, 2-ci nəşr

- Rəqəmsal marketinq. Strategiya, tətbiq və təcrübə (Müəlliflər: Deyv Çaffi, Fiona Ellis-Çadvik) Nəşriyyat: Pearson, 2019, 7-ci nəşr

- İqtisadi siyasət. Nəzəriyyə və praktika (Müəlliflər: A. Benassi-Küer, B.Köre, P. Jake, J. Pizani-Ferre) Nəşriyyat: Oksford Universitetinin Nəşriyyatı, 2019, 15-ci nəşr

- İnformasiya təhlükəsizliyi prinsipləri (Müəlliflər: Maykl E. Vitman, Herbert C. Mattord) Nəşriyyat: “Cengage Learning”, 2021, 7-ci nəşr Növbəti.

- Gələcəyin qısa tarixi (Müəllif: Avi Yoriş) Nəşriyyat: Gefen, 2022

Bu kitablar BP-nin yerli universitetlərə, kitabxanalara və müvafiq elm və təhsil müəssisələrinə hədiyyəsidir. Hər bir dərsliyin çap edilmiş 2000 nüsxəsi ilə yanaşı, rəqəmsal versiyası da yerli nəşriyyatın - TEAS PRESS NƏŞRİYYAT EVİ-nin onlayn platformalarında yerləşdirilib.

Dərsliklərin nəşri layihəsinin ümumi dəyəri 2,14 milyon manardən (1,26 milyon ABŞ dollarından) çoxdur. Bu məbləğə ümumilikdə 29 kitabın, yəni indiyədək nəşr edilmiş 19, yeni təqdim edilmiş beş və gələn il təqdim ediləcək daha beş dərsliyin xərcləri daxildir.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Mərkəzi Elmi Kitabxanaya 1600-dən çox elektron nəşr hədiyyə edilib

Mərkəzi Elmi Kitabxanaya 1600-dən çox elektron nəşr hədiyyə edilib

15-12-2022
ABB-nin dəstəyi ilə uşaqlar üçün iqtisadiyyat kitabı təqdim edilib

ABB-nin dəstəyi ilə uşaqlar üçün iqtisadiyyat kitabı təqdim edilib

30-05-2025
“Turizmin əsasları”nın elektron variantı təqdim edilib

“Turizmin əsasları”nın elektron variantı təqdim edilib

25-08-2015
Bakıda I Beynəlxalq Kitab Sərgi-Yarmarkasına start verildi

Bakıda I Beynəlxalq Kitab Sərgi-Yarmarkasına start verildi

10-09-2009
İnformasiya hüququ adlı dərslik nəşr olunub

İnformasiya hüququ adlı dərslik nəşr olunub

19-07-2019
Ağıllı Hökumət – Azərbaycan təcrübəsi nəşri təqdim olunub

Ağıllı Hökumət – Azərbaycan təcrübəsi nəşri təqdim olunub

27-09-2019
Azərbaycanda televiziya, radio və nəşriyyat xərcləri 11 faiz artırılır

Azərbaycanda televiziya, radio və nəşriyyat xərcləri 11 faiz artırılır

16-10-2023
“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olunub

“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olunub

21-05-2025
AZSTAND yeni Texniki Komitə yaradıb

AZSTAND yeni Texniki Komitə yaradıb

30-06-2025
ABŞ Google-ni məhkəməyə verib

ABŞ Google-ni məhkəməyə verib

06-05-2009
Azercell uşaqlarda sosial məsuliyyət vərdişlərini təşviq edir

Azercell uşaqlarda sosial məsuliyyət vərdişlərini təşviq edir

13-12-2025
«Dünya Ədəbiyyatı Kitabxanası»nın təqdimatı oldu

«Dünya Ədəbiyyatı Kitabxanası»nın təqdimatı oldu

13-06-2009
“İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti” nəşr olunub

“İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti” nəşr olunub

11-12-2015
“Rəqəmsal iqtisadiyyat” dərsliyi nəşr olundu

“Rəqəmsal iqtisadiyyat” dərsliyi nəşr olundu

27-04-2023
Osman Gündüzün kitabı nəşr edilib

Osman Gündüzün kitabı nəşr edilib

10-12-2010
Google elektron kitablar satışa çıxaracaq

Google elektron kitablar satışa çıxaracaq

22-10-2009
Azərbaycanda ən böyük təhsil portalının təqdimatı olacaq

Azərbaycanda ən böyük təhsil portalının təqdimatı olacaq

19-05-2009
“Wikileaks”-in iç üzü açılır

“Wikileaks”-in iç üzü açılır

08-02-2011
“Bakcell” “Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri”nə qoşulub

“Bakcell” “Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri”nə qoşulub

12-03-2025
BP: Azərbaycanın güclü bərpa olunan enerji potensialı var

BP: Azərbaycanın güclü bərpa olunan enerji potensialı var

06-02-2023
Üç yeni kitabın onlayn versiyası təqdim edildi

Üç yeni kitabın onlayn versiyası təqdim edildi

02-09-2015
İnformatikada işlədilən terminlərin 3 dildə izahı-Yeni kitab

İnformatikada işlədilən terminlərin 3 dildə izahı-Yeni kitab

28-03-2017
Həmyerlimizin İT təhlükəsizliklə bağlı məqaləsi nüfuzlu nəşriyyatda dərc edilib

Həmyerlimizin İT təhlükəsizliklə bağlı məqaləsi nüfuzlu nəşriyyatda dərc edilib

25-05-2017
“Elektron təhsil” müsabiqəsində 197 nominant mübarizə aparır

“Elektron təhsil” müsabiqəsində 197 nominant mübarizə aparır

21-11-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə