ABŞ Google-ni məhkəməyə verib

06-05-2009 / 19:22

Google ABŞ-ın yazıçı və nəşriyyatçı birlikləri ilə xüsusi müqavilə bağlayıb.

Xeberler.az bildirir ki, razılaşmaya görə, bu birliyə daxil olmaq istəyənlər əsərlərini Google-də qeyd etdirə bilərlər. Sonra satışdan pay da götürmək mümkündür.

Google bu razılaşma üçün 125 milyon dollarlıq vəsait ayırıb. Sonradan ABŞ hökumətinin razılaşma ilə bağlı problemi yaranıb.

Bu problemlərin kökündə razılaşmanın bəzi əsərlərin bütün nəşr haqqlarının yalnız Google-yə çatdırılması durur. Google nəşrin təlif haqqı müddəti bitən kitabları özü paylayır. Normal şərtlərdə isə bu kitabları müddət bitdikdən sonra istənilən şəxs nəşr edib, sata bilər.

Google-nin üstünlüyü ABŞ hökümətini şirkətə qarşı iddia qaldırmağa məcbur edib. Məhkəmə iddiasına cari ilin oktyabr ayının 7-də baxılacaq.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.