Google daha aktiv yüksək texnologiyalarla bazara çıxmağa başlayıb.
Xeberler.az bildirir ki, internet-nəhəngi təsirini öz əsas biznesindən- internet axtarışından daha uzağa yaymaq istəyir. Google şirkəti Google Editions internet mağazasını 2010-cu ilin birinci yarısında açmağı planlaşdırır. Burada kitabların elektron versiyası satılacaq.
Şirkətin planlarına görə, əvvəl mağazada 400 mindən 600 minədək nəşrlər satışa çıxarılacaq. Siyahı daimi təzələnəcək. Bununla onları hər bir veb- brauzer olan qurğuya yükləmək asan olacaq. Oxucular kitabları bilavəsitə Google Editions saytında sifariş edə və yaxud Amazon.com, Barnes&Noble.com kimi partnyor mağazaların vasitəsi ilə ala bilərlər.
Kitabı əldə edib yükləyəndən sonra o qacetin yaddaşında saxlanılacaq və off-line-də belə oxumaq asan olacaq. Google biznes planlarına görə, kitablar onun öz Google Editions on-line mağazasında satılanda nəşriyyatçılara 63 faiz gəlir qalacaq, şirkətin özünü isə 37 faiz gəlir çatacaq. Partnyor mağazalarının-Amazon və Barnes& Noble vasitəsi ilə satılan halda, nəşriyyatçıya 45 faiz qalacaq, qalan məbləğin əsas hissəsi isə satıcıya çatacaq.
Kitabları hələlik yalnız ABŞ ərazisində yükləmək və almaq olar. İnternet şirkətinin verdiyi məlumata görə, bu mağazanın arxivində miliyon yarımdan çox kitablar olacaq. Hal-hazırda nəşriyyatçıları əməkdaşlığa cəlb etmək üçün müəyyən işlər aparılır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri