Previous Next
Bağla

“Hiperkitap” rəqəmsal platformasının nümayəndələri kitabxanaçılarla görüşüb

26-10-2026 12:06
“Hiperkitap” rəqəmsal platformasının nümayəndələri kitabxanaçılarla görüşüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Türkiyənin “Hiperkitap” rəqəmsal platformasının nümayəndələri ilə kitabxana mütəxəssislərinin görüşü keçirilib.

Xeberler.az xəbər verir ki, görüşdə Türkiyənin rəqəmsal kitabxanaçılıq, nəşriyyat və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən “Hiperlink” şirkətinin direktoru Hayri Yavuz, “Hiperkitap” verilənlər bazasının layihə müdiri İsmayıl İşleyen və şirkətin əməkdaşı Hilmi Oğuz iştirak ediblər.

Tədbirə Azərbaycanın müxtəlif kitabxanalarının rəhbər və nümayəndələri, Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdirləri, eləcə də kitabxanaçılıq sahəsində fəaliyyət göstərən müəllimlər qatılıblar.

Görüş çərçivəsində MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov qonaqlarla görüşərək elektron informasiya resurslarının inkişafı, rəqəmsal kitabxana xidmətlərinin genişləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə edib.

Azərbaycanın 500-dən çox kitabı “Hiperkitap” platformasında yerləşdirilib

Hüseyn Hüseynov bildirib ki, Azərbaycandan “Hiperkitap” verilənlər bazasına üzv olan ilk kitabxana məhz AMEA-nın Mərkəzi Elmi Kitabxanasıdır. Hazırda MEK tərəfindən təqdim edilən 500-dən artıq kitab platformada geniş oxucu auditoriyasının istifadəsinə verilib.

Direktor qeyd edib ki, dünyanın 100-dən çox universitet və kitabxanasının üzv olduğu platforma ilə əməkdaşlıq Azərbaycan elminin, mədəniyyətinin və nəşrlərinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

“Hiperlink” şirkətinin direktoru Hayri Yavuz isə Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib. O vurğulayıb ki, Azərbaycan nəşrlərinin beynəlxalq elektron kitab bazalarında daha geniş təmsil olunması ölkənin elmi və mədəni irsinin dünyaya tanıdılmasına əlavə imkanlar yaradacaq.

Platformada süni intellekt texnologiyalarından istifadə olunur

Tədbirdə çıxış edən Hilmi Oğuz Türkiyənin ilk və ən böyük elektron kitab bazası kimi təqdim edilən “Hiperkitap” platformasının imkanları barədə məlumat verib.

Bildirilib ki, platforma elektron nəşrlərin vahid sistemdə toplanmasını, idarə edilməsini və istifadəçilər üçün əlçatan olmasını təmin edir. Bu imkanlar elmi tədqiqat və tədris prosesində elektron informasiya resurslarından istifadəni asanlaşdırır.

Təqdimat zamanı platformada tətbiq olunan süni intellekt texnologiyalarına da diqqət çəkilib. Xüsusilə əski əlifba ilə nəşr edilmiş materialların süni intellekt vasitəsilə tərcüməsi rəqəmsal bazanın üstünlüklərindən biri kimi göstərilib.

Hilmi Oğuz elektron resursların istifadəsi zamanı müəllif hüquqlarının qorunmasının vacibliyini də vurğulayıb.

Görüş çərçivəsində Türkiyədən gələn nümayəndələr MEK-in elektron kitabxana xidmətləri, rəqəmsal informasiya resursları və rəqəmsallaşdırma sahəsində həyata keçirdiyi layihələrlə tanış olublar.

Sonda iştirakçıların sualları cavablandırılıb, Azərbaycan kitabxanalarının, ali təhsil müəssisələrinin və nəşriyyatlarının “Hiperkitap” platforması ilə əməkdaşlığının genişləndirilməsi, həmçinin rəqəmsal kitabxana xidmətlərinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Hiperkitap” rəqəmsal verilənlər bazasının nümayəndələri MEK-də olublar

“Hiperkitap” rəqəmsal verilənlər bazasının nümayəndələri MEK-də olublar

23-07-2026
MEK-də Hiperkitap rəqəmsal verilənlər bazasına əlçatanlıq təmin edilib

MEK-də Hiperkitap rəqəmsal verilənlər bazasına əlçatanlıq təmin edilib

15-01-2026
Türkiyənin müasir elektron resursları adlı seminar keçirilib

Türkiyənin müasir elektron resursları adlı seminar keçirilib

06-11-2019
ATU-nun prorektoru Mərkəzi Elmi Kitabxanada olub

ATU-nun prorektoru Mərkəzi Elmi Kitabxanada olub

29-06-2026
Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib

Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib

22-11-2018
ScienceDirect  elmi-məlumat  bazasının təqdimatı keçirilib

ScienceDirect  elmi-məlumat bazasının təqdimatı keçirilib

29-04-2025
MEK EBSCO elektron məlumat bazasını oxucuların istifadəsinə verib

MEK EBSCO elektron məlumat bazasını oxucuların istifadəsinə verib

29-10-2018
TİKA və MEK əməkdaşlığı genişləndirir

TİKA və MEK əməkdaşlığı genişləndirir

28-04-2026
MEK-də elektron kitabxana və rəqəmsal xidmətlər genişləndirilib

MEK-də elektron kitabxana və rəqəmsal xidmətlər genişləndirilib

15-12-2025
Rəqəmsal kitabxanalar mövzusunda tədbir keçirilib

Rəqəmsal kitabxanalar mövzusunda tədbir keçirilib

22-05-2019
MEK elektron arxivlərin etibarlı mühafizəsini təklif edir

MEK elektron arxivlərin etibarlı mühafizəsini təklif edir

14-03-2019
Azərbaycanla bağlı məlumatlar “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək

Azərbaycanla bağlı məlumatlar “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək

15-05-2014
Elektron elmi-intellektual bazanın yaradılması müzakirə edilib

Elektron elmi-intellektual bazanın yaradılması müzakirə edilib

29-02-2016
“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

26-09-2024
COVID-19 və universitet kitabxanalarının rəqəmsal mühitə adaptasiyası canlı yayımda müzakirə olunub

COVID-19 və universitet kitabxanalarının rəqəmsal mühitə adaptasiyası canlı yayımda müzakirə olunub

29-12-2020
Süni intellektlə bağlı beynəlxalq təlimat Azərbaycan dilinə tərcümə edilib

Süni intellektlə bağlı beynəlxalq təlimat Azərbaycan dilinə tərcümə edilib

01-07-2026
MEK-in növbəti “Vikipediya” təlimləri yekunlaşıb

MEK-in növbəti “Vikipediya” təlimləri yekunlaşıb

11-12-2025
Mərkəzi Elmi Kitabxananın saytı yenilənəcək

Mərkəzi Elmi Kitabxananın saytı yenilənəcək

09-02-2017
MEK Müasir kitabxana-informasiya sahəsində çağırışlar və trendlər mövzusunda tədbir keçirib

MEK Müasir kitabxana-informasiya sahəsində çağırışlar və trendlər mövzusunda tədbir keçirib

11-02-2019
ALİSA elektron kitabxana sistemi təqdim olundu

ALİSA elektron kitabxana sistemi təqdim olundu

18-09-2015
“Kitabxanada elektron kataloqların yaradılması işi başa çatmaq üzrədir”

“Kitabxanada elektron kataloqların yaradılması işi başa çatmaq üzrədir”

14-10-2015
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin adı dəyişdirilir

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin adı dəyişdirilir

18-01-2023
MEK “Elsevier”in beynəlxalq elektron bazasına abunəliyi həyata keçirir

MEK “Elsevier”in beynəlxalq elektron bazasına abunəliyi həyata keçirir

29-05-2025
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər jurnalının ilk buraxılışı hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər jurnalının ilk buraxılışı hazırlanır

23-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə