Previous Next
Bağla

"Cənub" TV yeni layihələr üzərində işləyir

11-01-2011 03:08
"Cənub" TV yeni layihələr üzərində işləyir

Azərbaycanın üçdə bir hissəsində yayımlanan və cənub bölgəsinin yeganə televiziya kanalı olan "Cənub" televiziyasının (CTV) 3 yaşı tamam olub. Trend-in məlumatına görə, bu münasibətlə Lənkəranda keçirilən geniş tədbirdə CTV və Regional Televiziya şirkətinin baş direktoru Rüstəm Əliyev şirkətin fəaliyyəti haqqında məlumat verib. O qeyd edib ki, 2007-ci il dekabrın 31-dən yayımlanan CTV tez bir zamanda Azərbaycan və dünya həqiqətlərini əhaliyə çatdırmaq, bölgələrdə yaşayan vətəndaşların sosial problemlərini işiqlandırmaq və canlı verilişlər hazırlamaqla böyük tamaşaçı ordusu toplaya bilib. Daha sonra o, CTV kollektivinə fəaliyyətində böyük uğurlar arzulayıb.

Fəaliyyətinin ilk günlərindən uzun illər televiziya təcrübəsi olan peşəkarlarla yanaşı, CTV-yə istedadlı gənclərin cəlb olunduğunu deyən CTV-nin icraçı direktoru Eltən Qədimbəyli əlavə edib ki, burada özünəməxsus televiziya məktəbi yaranıb.

"Əldə olunan nailiyyətlərlə kifayətlənməyəcəyik və yeni-yeni layihələr üzərində işləyirik. Yaxın vaxtlarda tamaşaçıların görüşünə daha bir neçə maraqlı proqramla gələcəyik. 22 veriliş istehsal edən CTV Regional Televiziyanın digər kanalları ilə də layihə mübadiləsi həyata keçirir", - Qədimbəyli qeyd edib.

Tədbirdə CTV-nin üçillik fəaliyyətindən bəhs edən videofilm nümayiş olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

CTV Oyunlarla bağlı reportaj hazırlayıb

10-06-2015

Audiovizual Şuranın iclası keçirilib, bir sıra qərarlar qəbul edilib

11-08-2023

Roma Papası və Google

22-01-2009

Ölkənin ilk rəqəmsal televiziyası 3 yaşını qeyd edir

12-11-2010

BAKUTEL-2011-də ilk dəfə regional televiziyalar da iştirak ediblər

25-11-2011

Azərbaycan televiziyasının efir fəaliyyətinin 53-cü ili tamam olur

14-02-2009

Böyük Britaniyada televizor istehsalı dayandırılıb

31-08-2009

Azərbaycanda hansı televiziya kanalı adını dəyişdi?

05-10-2010

MTRŞ monitorinq keçirir

07-01-2009

Afrikanın televiziya kanalı Azerspace-1 vasitəsilə yayımlanır

13-08-2015

“Euronews” kanalının Azərbaycan dilində yayımı üzərində iş gedir

17-11-2011

İran dövlət televiziyası fəaliyyətini bərpa edib

17-06-2025

Türkiyənin TRT-1 kanalı Azərbaycanın milli tezliyində yayımlanacaq

29-04-2009

Regional televiziyalar MTRŞ-ın qərarına əməl etmir

13-01-2009

Şəkidə yeni regional telekanal açılıb

29-12-2008

Qarabağ Fondu ABŞ-ın PBS (Ictimai) televiziya kanalına etiraz etdi

29-10-2010

Artıq “FOG TV” də “Azərspace-1” peykindedir

24-10-2013

Erməni dilində də verilişlər yayımlayacaq televiziyanın açılması ilə əlaqədar MTRŞ-nın iclası keçirilib

05-03-2009

Gürcüstanda rus dilində yayımlanacaq televiziya fəaliyyətə başlaya bilər

24-12-2009

MTRŞ: “Gündəlikdə yeni televiziyanın açılması yoxdur”

19-10-2009

Azərbaycanda rəqəmsal televiziya üçün dekoderlər istehsal olunacaq

18-11-2009

CD-nin 30 yaşı tamam oldu

13-03-2009

Azərbaycanın cənubunda televiziya verlişlərinin yayımı dayanıb

06-01-2010

YENİ TELEKANAL «İDMAN AZƏRBAYCAN»

03-01-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə