Previous Next
Bağla

Audiovizual Şuranın iclası keçirilib, bir sıra qərarlar qəbul edilib

11-08-2023 17:11
Audiovizual Şuranın iclası keçirilib, bir sıra qərarlar qəbul edilib

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

Şuradan Xeberler.az-a verilən xəbərə görə, iclasda bir sıra məsələlər müzakirə olunub.

İlk olaraq, Bakı Teleqüllə Kompleksindən 33-cü və 36-cı TV yayım kanallarının multipleks operatorlarının istifadəsinə verilməsi üçün elan edilmiş müsabiqəyə sənəd təqdim etmiş ərizəçilərin ("ATV Plus" MMC və "AzəriGlobalServis" QSC) müsabiqəyə buraxılması haqqında müvafiq qərar qəbul edilib. Qərara əsasən, müsabiqə komissiyası iddiaçıların sənədlərini və təkliflərini araşdırıb 15 gün ərzində Şura üzvlərinə öz rəyini bildirəcək və bundan sonra Şura müsabiqənin qalibini müəyyən edəcəkdir.

Daha sonra iclasda "Konnekt" QSC-nin peyk yayımı həyata keçirməyən platforma yayımçısı kimi təsisçisi olduğu televiziya kanallarının adlarının və yayım janrlarının dəyişilməsi ilə bağlı Şuraya edilmiş müraciətlərə baxılıb. "Konnekt" QSC-nin təsisçisi olduğu peyk yayımı həyata keçirməyən platforma yayımçılarının adlarının və yayım janrlarının (film-kino janrlı "CTVHD", film-kino janrlı "CTVHD1" və film-kino janrlı "CTVHD2") dəyişilərək müvafiq olaraq film-kino janrlı "CTV Movies", musiqi-əyləncə janrlı "CTV Music" və uşaq proqramları janrlı "CTV Kids" kimi yenidən rəsmiləşdirilməsi barədə müvafiq qərarlar qəbul edilib.

İclasda, həmçinin, "STREAMHUB AZ" MMC-nin universal platforma operatoru (xidmət adı: "TV24" olmaqla) lisenziyasının verilməsi üçün Şuraya müraciətinə baxılıb və ərizəçiyə müvafiq lisenziyanın verilməsi barədə qəbul olunub.

Eyni zamanda, "İzone" MMC-dən ona verilmiş 26.12.2022-ci il tarixli UPO-017 qeydiyyat nömrəli universal platforma operatoru lisenziyasının ləğv olunması barədə Şuraya müraciətinə baxılaraq həmin lisenziyanın ləğv edilməsi barədə müvafiq qərar verilib.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Audiovizual Şurasının növbəti iclası keçirilib

Audiovizual Şurasının növbəti iclası keçirilib

11-04-2023
Audiovizual Şuranın iclası keçirilib, bir neçə şirkətə platforma yayımçısı lisenziyası verilib

Audiovizual Şuranın iclası keçirilib, bir neçə şirkətə platforma yayımçısı lisenziyası verilib

14-06-2023
"Azərbaycan Radiosu" ilə "İctimai Radio"ya Kəlbəcər və Laçında radiotezliklər ayrılıb

"Azərbaycan Radiosu" ilə "İctimai Radio"ya Kəlbəcər və Laçında radiotezliklər ayrılıb

14-06-2023
Audiovizual Şuranın növbəti iclası keçirilib

Audiovizual Şuranın növbəti iclası keçirilib

18-10-2024
Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib

Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib

27-02-2025
Audiovizual Şura daha bir universal platforma operatoru lisenziyası verib

Audiovizual Şura daha bir universal platforma operatoru lisenziyası verib

14-07-2023
Azərbaycanda yeni radiolar fəaliyyətə başlayacaq

Azərbaycanda yeni radiolar fəaliyyətə başlayacaq

31-01-2025
Space TV-nin yayımı 3 saatlıq dayandırılıb

Space TV-nin yayımı 3 saatlıq dayandırılıb

17-11-2022
“Digitürk Azərbaycan”a universal platforma lisenziyası verilib

“Digitürk Azərbaycan”a universal platforma lisenziyası verilib

22-04-2025
Azərbaycanda bir neçə kabel şəbəkə yayımçılarının lisenziyasına xitam verilib

Azərbaycanda bir neçə kabel şəbəkə yayımçılarının lisenziyasına xitam verilib

12-11-2021
Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

23-08-2024
"Azercell"ə audiovizual media fəaliyyəti üçün lisenziya verilib

"Azercell"ə audiovizual media fəaliyyəti üçün lisenziya verilib

09-01-2026
Azərbaycanda yeni radio açılır

Azərbaycanda yeni radio açılır

24-01-2024
Yeni televiziya kanalına və radioya lisenziya verilib

Yeni televiziya kanalına və radioya lisenziya verilib

08-09-2015
Lisenziyanın alınması üçün 3 radio müsabiqəyə buraxılıb

Lisenziyanın alınması üçün 3 radio müsabiqəyə buraxılıb

02-09-2022
Azərbaycanda üç yeni radio açılacaq

Azərbaycanda üç yeni radio açılacaq

07-07-2022
Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

24-05-2021
Bəzi radiotezliklər mobil rabitənin istifadəsinə verildi

Bəzi radiotezliklər mobil rabitənin istifadəsinə verildi

24-11-2023
Yeni radionun açılması üçün elan olunmuş müsabiqənin qalibi məlum olub

Yeni radionun açılması üçün elan olunmuş müsabiqənin qalibi məlum olub

11-03-2022
MTRŞ 5 kabel şəbəkə yayımçısına lisenziya verib

MTRŞ 5 kabel şəbəkə yayımçısına lisenziya verib

27-12-2021
MTRŞ müsabiqənin nəticələrini açıqlayıb

MTRŞ müsabiqənin nəticələrini açıqlayıb

04-08-2021
Yeni televiziya kanalının yaradılması ilə bağlı müsabiqə elan edilib

Yeni televiziya kanalının yaradılması ilə bağlı müsabiqə elan edilib

15-11-2017
Bakı Teleqüllə Kompleksindən yayım kanallarının ayrılması üçün müsabiqə elan edilib

Bakı Teleqüllə Kompleksindən yayım kanallarının ayrılması üçün müsabiqə elan edilib

16-06-2023
Məhkəmə ANS TV-nin yayım lisenziyasını ləğv etdi

Məhkəmə ANS TV-nin yayım lisenziyasını ləğv etdi

29-07-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə