Çin “TikTok”un ABŞ aktivlərini İlon Maska sata bilər

14-01-2025 / 08:31

Çin rəsmiləri sosial media platforması “TikTok”un ABŞ əməliyyatlarına nəzarəti “SpaceX” və “Tesla” şirkətlərinin yaradıcısı, milyarder İlon Maska təhvil verməyi düşünür.

Xeberler.az bildirir ki, bu barədə Bloomberg agentliyi məlumat verib.

Onların fikrincə, Pekin üçün prioritet ssenari “TikTok”un ana şirkəti “ByteDance”ın mülkiyyətində qalmasıdır.

Bununla belə, sosial platformanın satışı üçün son tarix yaxınlaşdıqca, Çin rəsmiləri fəaliyyət planlarını müzakirə etməyə başlayıblar ki, bunlardan biri də şirkətin Amerika əməliyyatlarının Maska satılmasını nəzərdə tutur.

Çinin “ByteDance” şirkəti ya sosial şəbəkəni satmalı, ya da yanvarın 19-dək ABŞ-dakı fəaliyyətini dayandırmalıdır. Hazırkı prezident Cozef Bayden 2024-cü ildə Konqres tərəfindən qəbul edilən qanunu imzalayıb.

Dekabrın sonunda ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp hakimlərdən qanunun müddəalarını dayandırmağı xahiş edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə