Conficker virusu özünü göstərməyə başladı

10-04-2009 / 13:21

Dünyanı şoka salan Conficker virusunun 1 apreldə aktivləşəcəyi gözlənilirdi.Lakin virusdan səs-soraq çıxmadı.Təhlükəsizlik firmaları təhlükənin sovuşmadığını qeyd etmişdilər.

İndi virus aktivləşib. TrendMicro, Kaspersky ve Symantec`dən verilən açıqlamaya görə, virus keçən kompüterdə  Windows Temp qovluğunda şifrələnmiş məlumat paketi yerləşdirir.

Məlumat güclü şifrələndiyindən məzmunu və məqsədi  hələ dəqiqləşdirilməyib.Paket sistemə keçdikdə Myspace,MSN,CNN,e-bay və AOL saytına bağlanır və internet əlaqəsinə nəzarət etməyə başlayır.Mütəxəssislərin fikrinə görə bu yolla virus şifrələri və məlumatları oğurlaya bilər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə