Conficker.C virusunun qaynağının Çin olduğu ehtimal kimi qəbul edili.

02-04-2009 / 02:43

1 apreldə aktivləşəcəyi gözlənilən Conficker.c virusu sirli olaraq qalır. Kimlər tərəfindən yaradıldığı bilinməyən virusu yazan üçün Microsoft Şirkəti hətta pul mükafatı belə ayırıb.

İndiyədək virusun Avropa və ya Rusiya qaynaqlı olduğu ehtimal edilirdi. Virusu araşdıran Vyetnamlı təhlükəsizlik firması BKIS, virusun kodunda 2001-ci ilin təhlükəli virusu Nimda`ya oxşarlıq kəşf etdi. Xatırladaq ki, Nimda virusunun Çin mənşəli olduğu ehtimal edilsə də, sübut edilməmişdi.Lakin buna baxmayaraq, təhlükəsizlik firmaları Conficker`in də Çin mənşəli olduğunu güman edir.

Virusun Conficker.a və b növündən daha güclü hazırlandığı məlumdur.Yayılmaqdan çox gizlənməyi hədəfə alan virus internet üzərindən özünü aktivləşdirərək müxtəlif cür şəkil almağı bacarır. Hal-hazırda virusun 12 milyon kompüteri ələ keçirdiyi təxmin edilir. Virus bir və ya bir neçə mərkəzdən əmrləri alır.Amma 50 minə yaxın fərqli veb saytına əmr göndərməsi dəqiqləşdirməni çətinləşdirir.Microsoft bu saytların 13%-ni yoxlasa da, əsl qaynağı təsbit etmək hələ ki mümkün olmayıb.

 Virusa qarşı Microsoftun Conficker təmizləmə vasitəsindən yararlana bilərsiz. Bundan əlavə, Conficker virusunu təsbit etmək üçün açıq qaynaq kodlu Nmap və ya Foundstone Enterprise, ya da Nessus proqramlarından birini istifadə edə bilərsiniz.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə