Conficker Amerika universitetini ayağa qaldırıb

16-04-2009 / 16:11

Tam Lake City`də olan Universitetin bütün kompüterləri Conficker virusuna tutulub.Universitet rəsmisi Chris Nelsonun açıqlamasına görə, düşərgədə olan sistemi virus keçən həftədən başlayaraq ələ keçirib.Qarşısını almaq mümkün olmayan virus 3 xəstəxana, tibb fakültəsi, əczaçılıq və sağlamlıq mərkəzi yerləşən binalardakı kompüterlərə sızıb.

Virus fərdi kompüterlərdən şifrələri, kredit kartı və bank məlumatlarını oğurlamaq istiqamətində işləyir. Nelson xəstə məlumatlarının və tibbi qeydlərin xüsusi bir sistemlə qorunduğunu və təhlükənin olmadığını dilə gətirib.

Virusdan yaxa qurtarmaq üçün kampusdakı internet əlaqəsi 6 saat müddətində kəsilib. Rəhbərlik Windows istifadəçilərinin daha diqqətli olması üçün tapşırıq verib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə