Conficker.c virusu aprelin 1-də işə düşəcək

26-03-2009 / 14:49

Ötən ildə kompüterlərdə yayılan Conficker virusunun  qarşısını  Microsoft almışdır. Anonim hackerlər isə növbəti Conficker.b tipli virus yaydılar və bir neçə gün ərzində milyonlarla kompüter zərər çəkdi. İndi isə Kompüter Təhlükəsizliyi ilə məşğul olan firmalar Conficker.c adlı virusu aşkarlayıblar.

Virus  güclü gizləndiyindən önləyici tədbirlərin görülməsində problemlər yaşanır. Belə ki, virusun içində 1 apreldə aktivləşəcəyi gözlənilən kodlar aşkarlanıb. Lakin  Kompüter Təhlükəsizliyi ilə məşğul olan firmalar  virusun nələr edə biləcəyini tapa bilmirlər.

Secure Works idərəçisi Joe Stewart  virusu hazırlayan hackerlərin çox professional olduğunu deyir. Onun sözlərinə görə, virusu təmizləmək çox çətindir və 1 apreldən əvvəl müəyyən tədbirlərin görülməsi mümkün deyil. Bütün şirkətlərə sadəcə 1 apreli gözləmək qalır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə