Daha 9 şəxsə “Startap” şəhadətnaməsi verilib

15-09-2022 / 18:21

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.

Xeberler.az Agentliyə istinadən məlumat verir ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 58-ə çatıb.

“Startap” şəhadətnamələri "Softpress" MMC-nin nağdsız bəxşiş ödəmə sistemi, "Clopos" MMC-nin restoran və kafelər üçün POS terminal proqram təminatı, "E-sayar" QSC-nin onlayn mühasibat uçotu proqramı, "Travel Qrup" MMC-nin onlayn səyahət, işgüzar səfər və təhsil vizası xidmətləri göstərən elektron platforması, "YER xSP" MMC-nin bulud xidmətlərinin təşkili, "Satelyzer" MMC-nin kənd təsərrüfatı üçün peyk data xidmətləri, İlqar Məmmədovun Azərbaycan dilində plagiarizmi təyin edə bilən onlayn platforması, Nəriman Qaraxaninin praktik tapşırıq əsaslı onlayn təhsil və təcrübə platforması, "Edtesk" MMC-nin kənd təsərrüfatı sahəsində elektron inteqral sxem və interfeys istehsalı layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.

Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə