Daha bir qurum İT sistemlərini “Hökumət buludu”na köçürüb

29-07-2025 / 11:34

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Xeberler.az bildirir ki, fərmanın tələblərinə uyğun olaraq, daha bir dövlət qurumu – Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb. Komitə informasiya sistemləri və ehtiyatlarını tam şəkildə “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib.

“AzInTelecom” tərəfindən Dövlət Komitəsi Virtual server – IaaS (İnfrastructure-as-a-Service) xidməti ilə təmin olunub. Bununla da qurum öz kritik sistemləri üçün daha dayanıqlı və əlçatan İT infrastrukturu əldə edib.
 
“Hökumət buludu” haqqında

“Hökumət buludu” layihəsi AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən icra edilir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin Bakı Əsas və Yevlax Ehtiyat data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.

Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır. Təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə və 24/7 rejimində monitorinq xidmətinə nail olunur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə