Hərracın gedişini “Mobil icra” ilə izləmək mümkün olacaq

05-07-2025 / 14:14

İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması qaydasında dəyişiklik edilib.

Xeberler.az məlumat verir ki, bununla bağlı Ədliyyə Nazirliyinin kollegiyası qərar qəbul edib.

Dəyişikliyə əsasən, tələbkar, borclu, habelə hərracda iştirak edən şəxslər hərracın gedişini “Mobil icra” proqram təminatı vasitəsilə izləyə biləcək.

Hüquqi şəxs olan tələbkar, borclu və digər hərrac iştirakçıları “Mobil icra” proqram təminatı vasitəsilə hərracın gedişini portal sahibi ilə Mülki Məcəlləyə uyğun bağlanılmış müqaviləyə müvafiq olaraq izləyəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə