Previous Next
Bağla

Ekspert: İKTA mobil rabitənin keyfiyyətini ölçüb, nəticələri isə gizlədir

02-07-2025 17:53
Ekspert: İKTA mobil rabitənin keyfiyyətini ölçüb, nəticələri isə gizlədir
"RİNN tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) mobil rabitə xidmətinin keyfiyyəti ilə bağlı əhəmiyyətli ölçmələr aparıb və nəticələri yalnız mobil operatorlara təqdim edib.
 
İKTA ölçmələri ərazilərin əhəmiyyəti və mobil istifadəçilərin şikayətlərini nəzərə alaraq həyata keçirdiyini bildirib".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, İKTA-nın bu addımları mobil rabitə xidmətinin keyfiyyətinə dövlət nəzarətinin gücləndirilməsi baxımından faydalıdır.
 
Amma sual yaranır: niyə bu nəticələr ictimaiyyətə açıqlanmır?
 
Əgər internet provayderləri üzrə ən çox şikayət olunan şirkətlərin adları ictimaiyyətə təqdim olunursa, niyə mobil operatorlar üzrə belə bir şəffaflıq tətbiq edilmir?
 
"Mobil operatorlar dövlətə məxsus olan tezliklərdən istifadə edir. Azercell isə həm də dövlət şirkətidir.
 
İctimai resurs olan tezliklərdən istifadə edən mobil operatorların xidmət keyfiyyəti ilə bağlı nəticələri ictimaiyyətin bilməsi ən azı şəffaflıq və istifadəçi hüquqlarının qorunması baxımından zəruridir.
 
Beynəlxalq təcrübədə isə ölçmə nəticələrinin ictimaiyyətlə paylaşılması normal haldır. Bu həm istifadəçilərin seçim imkanını artırır, həm də operatorlar üzərində ictimai nəzarət mexanizmi yaradır.
 
Prezident də çıxışlarında dəfələrlə səsləndirib ki, ictimai nəzarət üçün imkanlar yaradılmalıdır".
 
Bəs istifadəçi daha yaxşı və daha pis mobil xidmət verəni necə müəyyən etməlidir?
 
Ekspert qeyd edib ki, elə ərazilər var ki orada mobil rabitə hədsiz pis vəziyyətdədir, zənglərdə, data qəbulunda qırılmalar çox olur.
 
Əgər problemin harada və kimdə olduğunu yalnız operator biləcəksə, görəsən vətəndaş nəyə əsasən seçim etməlidir?
 
Osman Gündüz düşünür ki, İKTA ölçmə nəticələrini ümumiləşdirilmiş şəkildə, operatorlar üzrə müqayisəli təhlillə ictimaiyyətə açıqlamalıdır. 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Daha çox hansı mobil operatordan imtina edilib?

10-01-2025

Mobil rabitə və mobil internetin keyfiyyəti pisləşib

16-01-2024

İKTA Bakıda və Abşeronda mobil rabitənin keyfiyyətini ölçüb

02-07-2025

Bu il mobil operatorlara 5G lisenziyası verilə bilər

08-01-2024

“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası tamamlanıb

19-12-2025

İKTA-nın faydalı addımları və onu gözləyən risklər

12-06-2024

İKTA 2025-ci ilin III rübü üçün şikayət indeksini dərc edib

14-10-2025

“Mobil xidmətlərin keyfiyyəti ilə bağlı monitorinqlərin nəticələri açıqlanmalıdır”

15-07-2015

İKTA internet xidmətlərindən istifadəsi üzrə hesabatı dərc edib

23-04-2025

İKTA-da İctimai Şura üzvləri ilə növbəti görüş keçirilib

02-04-2025

İKTA 2025-ci ilin şikayət indeksi üzrə hesabat dərc edib

09-01-2026

İKTA-nın müstəqil olmadığı halda bu formada reytinq cədvəlləri təqdim etməsi ədalətli deyil

24-01-2025

Provayderlər internet istifadəçilərin müqavilə şərtlərini məhdudlaşdıra bilməyəcəklər

17-02-2024

İKTA 2025-ci ilin II rübü üçün şikayət indeksini dərc edib

29-08-2025

“Ookla”nın saytında İKTA haqqında məqalə dərc olunub

08-10-2025

İKT sektorunda tənzimləmə formal xarakter daşıyır – Ekspert rəyi

23-02-2026

Aztelekom-un RİNN tərkibindən çıxarılması tənzimləyici quruma necə təsir edəcək?

18-03-2025

Mobil operatorlar yeniliyə yox, qazanca fokuslanıb – 5G bizdən yan keçir - Ekspert

11-06-2025

İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

27-11-2024

Nə üçün mobil operatorlar Naxtel-i almaqdan imtina ediblər? - Osman Gündüz

02-09-2025

Ekspert: Mobil operatorlar arasında rəqabəti necə gücləndirmək olar?

24-01-2022

Azərbaycanda internet provayderlərinin xidmətinin keyfiyyəti rüblük ölçüləcək

12-07-2023

İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

20-02-2025

İKTA telekommunikasiya operatorları və provayderləri ilə görüşüb

28-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə