Previous Next
Bağla

Onlayn surdotərcümə xidməti istifadəyə verilib

29-07-2025 16:48
Onlayn surdotərcümə xidməti istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi eşitmə və nitq məhdudiyyətli şəxslərə dəstək məqsədi daşıyan daha bir inklüziv layihəni gerçəkləşdirib.

Xeberler.az bildirir ki, Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Azərbaycanda ilk dəfə olaraq eşitmə və nitq məhdudiyyətli şəxslər üçün görüntülü ünsiyyətə əsaslanan “Səsiniz olaq” adlı onlayn surdotərcümə xidməti istifadəyə verilib.

Bu xidmət eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin üçüncü tərəfə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsini təmin edərək, həmin şəxslərlə işarət dili bilməyən tərəflər arasında “virtual körpü” funksiyasını yerinə yetirir.

Belə ki, vətəndaş videozəng və ya mesaj vasitəsilə operatorla əlaqə saxlayır. Operator tərcüməçi funksiyasını yerinə yetirərək, müraciətin istiqamətinə uyğun üçüncü tərəflə əlaqə yaradır və surdotərcümə vasitəsilə onlayn kommunikasiyanı yaradır.

Xidmətdən yararlanmaq üçün 055 213 19 97 əlaqə nömrəsinə “Whatsapp” və ya “Telegram” platforması vasitəsilə müraciət etmək olar. Vətəndaşlar xidmətdən hər həftənin bazar günü istisna olmaqla, həftənin 6 günü (bazar ertəsi – şənbə) saat 9:00-dan 16:00-dək yararlana bilərlər.

Surdo tərcümə xidməti eşitmə və nitq məhdudiyyəti olan şəxslərə müxtəlif istiqamətlərdə müraciətlərini aidiyyəti tərəflərə düzgün və rahat şəkildə çatdırmaq imkanı yaradır.

Layihə inklüziv mühitin dəstəklənməsi, eşitmə və nitq məhdudiyyəti olan şəxslərlə cəmiyyətin digər üzvləri arasında sosial ünsiyyət maneələrinin aradan qaldırılması, informasiya mübadiləsinin təmin edilməsi məqsədi daşıyır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Onlayn surdotərcümə xidmətindən 130-dək şəxs faydalanıb

02-10-2025

Onlayn surdotərcümə xidmətindən 30-dan çox vətəndaş faydalanıb

18-08-2025

Nar-dan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər

03-12-2018

Nar-dan eşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək

29-11-2018

“Hər kəs üçün ASAN” layihəsi reallaşdırılır

29-04-2026

“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

04-08-2020

Nar korporativ sosial məsuliyyət layihələrini davam etdirir

26-10-2018

Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlanıb

24-09-2021

Eşitmə və nitq qabiliyyəti olmayanlar üçün video portal istifadəyə verilib

10-04-2020

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub

27-01-2025

“Nar” ölkədə jest dilinin inkişafına töhfə verməyə davam edir                     

23-09-2022

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

13-02-2026

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

09-10-2025

Nar-ın dəstəyilə eşitmə məhdudiyyətli insanlar artıq peşə sahibləridir

27-09-2019

Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır

05-03-2021

Nar-ın “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatıb

19-01-2017

Azərbaycanda ilk jest dili lüğətinin veb-səhifəsinın hazırlanması işləri davam edir

18-06-2021

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün yeni peşə təliminə başladı

17-04-2025

“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır

10-02-2025

Nazirliyin rəsmi internet səhifəsində onlayn əlaqə xidməti istifadəyə verildi

11-02-2020

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub

23-09-2025

Nar fiziki məhdudiyyətli şəxslər üçün layihəyə başlayıb-Foto

24-10-2016

Nar eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimlərinə başlayır

30-04-2019

“Nar” eşitmə məhdudiyyətli insanlar üçün yeni iş imkanları yaradır

14-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə