Bu ilin I rübündə “.az” domen zonasında fəaliyyət göstərən 60 veb-resursa haker müdaxiləsi qeydə alınıb.
Xeberler.az “CYBER ON” şirkətinin apardığı monitorinq nəticəsinə istinadən məlumat verir ki, kibermüdaxilələrin 42 %-i təhlükəsiz kodlaşdırmanın düzgün aparılmaması, 58 %-i isə server sazlamalarının düzgün qurulmaması ilə bağlı olub.
Bundan əlavə müəyyən edilib ki, hücumların 18-i serverə, 13-ü isə kod səviyyəsində müdaxilələrlə bağlı olub. Qalan 29 halda isə hücumun mənbəyini və üsulunu müəyyən etmək mümkün olmayıb. Eyni zamanda, məlum olub ki, haker hücumuna məruz qalan 6 veb-resurs əvvəlki zəifliklər aradan qaldırılmadığı üçün təkrarən hədəfə çevrilib. Bu hallarda məsul şəxslər mövcud çatışmazlıqların aradan qaldırılması üçün effektiv tədbirlər görməyiblər.
Kibermüdaxilə halları aşkarlanan veb-resursların ölkələr üzrə statistikasına nəzər saldıqda onların 82 %-nin ABŞ, 5 %-nin Almaniya, 5 %-nin Azərbaycan, 4 %-nin Rusiya, 4 %-nin İngiltərədə saxlanıldığı (Hosting) müəyyən olun
Qeyd olunub ki, kiberhücumların 58 %-i server sazlamalarının düzgün aparılmaması və resurslar arasında təhlükəsiz seqmentasiyanın təmin olunmaması ilə bağlıdır. Bu xüsusda, “shared hosting” (ortaq server istifadəsi) xidmətindən yararlanan şirkətlərə xüsusi diqqətli olmaları tövsiyə olunur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları