Previous Next
Bağla

Elm və Təhsil Nazirliyi süni intellekt kursunu dəyişmir - Ekspert

10-07-2025 18:37
Elm və Təhsil Nazirliyi süni intellekt kursunu dəyişmir - Ekspert
"Son aylar Elm və Təhsil Nazirliyi süni intellekt sahəsində diqqət cəlb edən ardıcıllıq
göstərir".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert qeyd edib ki, bir müddət əvvəl nazirliyin təşəbbüsü ilə Azərbaycan dilində və milli təhsil sisteminə uyğunlaşdırılmış ilk böyük dil modeli – belə demək mümkünsə, EduAzGPT ideyası üzərində işlərin başladığı açıqlanmışdı:
 
"Bu təşəbbüs çərçivəsində Elm və Təhsil Nazirliyinin rəsmiləri Dubayda Microsoft-un regional komandası ilə Azərbaycan üçün fərdi öyrənməyə uyğunlaşdırılmış AI modelinin – EduAzGPT-nin texniki planlaşdırılması müzakirə olunmuşdu.
 
İndi isə məlumat verilib ki, nazir Emin Əmrullayev BƏƏ-nin qabaqcıl AI texnologiya şirkəti “Presight” (G42 Group) ilə keçirilən görüşlərdə süni intellekt əsaslı həllərin “Rəqəmsal Məktəb” platformasına inteqrasiyasını müzakirə edib.
 
Yəni burada əsas müzakirə mövzusu bu AI modellərinin bizim bilik bazamız – yəni təhsil məzmunumuzla necə uyğunlaşdırılacağı və istifadəyə necə çıxarılacağıdır".
 
Ekspert düşünür ki, Elm və Təhsil Nazirliyinin bu istiqamətdəki ardıcıl səyləri xeyli diqqət cəlb edəndir:
 
"Əgər Presight kimi bir qlobal şirkət Azərbaycana gəlibsə və belə səviyyədə görüş keçirilibsə demək ortada ciddi niyyət var.
 
Yuxarıda qeyd olunan hər iki təşəbbüs bir-birini tamamlayır. Ətraflı açıqlama verilməsə də buradan belə qənaətə gəlmək olar ki, Elm və Təhsil Nazirliyi epizodik layihə yox, süni intellekt üzrə ciddi bir strategiya reallaşdırmaq istəyir.
 
Düşünmək olar ki, Elm və Təhsil Nazirliyi EduAzGPT ilə təməl və dil modeli qurmağı hədəfləyir, Aİ sahəsində dünyaca məşhur Presight ilə tətbiq və platformalaşma mərhələsini reallaşdırmaq niyyətindədir.
 
Çox güman ki məqsəd yalnız texnologiya gətirmək deyil, həm də onu Azərbaycan məzmunu ilə zənginləşdirərək milli AI modelinə çevirməkdir".
 
Osman Gündüzün fikrincə ETN-nin Microsoft və G42 kimi qlobal texnoloji şirkətlərlə əməkdaşlığı və süni intellekt əsaslı yerli resursların hazırlanması təhsilin və Aİ sektorun inkişafı baxımından faydalı və təqdirəlayiq addımdır.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və BƏƏ innovativ texnologiyaların tətbiqini müzakirə edib

Azərbaycan və BƏƏ innovativ texnologiyaların tətbiqini müzakirə edib

10-07-2025
Osman Gündüz: Süni intellektdə yeni səhifə - Azərbaycan–BƏƏ əməkdaşlığı

Osman Gündüz: Süni intellektdə yeni səhifə - Azərbaycan–BƏƏ əməkdaşlığı

17-09-2025
Süni intellekt texnologiyalarının təhsildə tətbiqinə dair görüş keçirilib

Süni intellekt texnologiyalarının təhsildə tətbiqinə dair görüş keçirilib

30-05-2025
Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

19-05-2026
Azərbaycan və BƏƏ növbəti Süni İntellekt üzrə əməkdaşlıq edəcək

Azərbaycan və BƏƏ növbəti Süni İntellekt üzrə əməkdaşlıq edəcək

16-09-2025
Azərbaycanla Çin arasında elm, texnologiya və süni intellektə dair sənədlər imzalanıb

Azərbaycanla Çin arasında elm, texnologiya və süni intellektə dair sənədlər imzalanıb

12-06-2025
Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib

Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib

09-06-2026
Elm və Təhsil Nazirliyi və OpenAI əməkdaşlığa başlayıb

Elm və Təhsil Nazirliyi və OpenAI əməkdaşlığa başlayıb

29-05-2026
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb

Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb

09-06-2026
Nazir Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini ilə görüşüb

Nazir Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini ilə görüşüb

25-11-2025
Elm və təhsil naziri "Huawei"nin rəhbər heyəti ilə görüşüb

Elm və təhsil naziri "Huawei"nin rəhbər heyəti ilə görüşüb

12-06-2025
Yunanıstan və Azərbaycan təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər

Yunanıstan və Azərbaycan təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər

25-04-2026
Microsoft Azərbaycanda fəaliyyətini davam etdirəcək?- Bakıya gəldilər

Microsoft Azərbaycanda fəaliyyətini davam etdirəcək?- Bakıya gəldilər

15-12-2022
İnformasiya təhlükəsizliyinin süni intellekt əsaslı həlləri işlənib hazırlanacaq

İnformasiya təhlükəsizliyinin süni intellekt əsaslı həlləri işlənib hazırlanacaq

28-08-2023
Elm və Təhsil Nazirliyi COP29-da müzakirə ediləcək mövzuları açıqlayıb

Elm və Təhsil Nazirliyi COP29-da müzakirə ediləcək mövzuları açıqlayıb

11-11-2024
Elm və təhsil naziri: Bu ildən distant təhsil modeli üzərində işləyirik

Elm və təhsil naziri: Bu ildən distant təhsil modeli üzərində işləyirik

10-05-2026
Elm və təhsil nazirinin müavini ‘Microsoft’un nümayəndəsi ilə görüşüb

Elm və təhsil nazirinin müavini ‘Microsoft’un nümayəndəsi ilə görüşüb

19-05-2026
ETN-nin nümayəndə heyəti “Huawei”nin texnoloji yenilikləri ilə tanış olub

ETN-nin nümayəndə heyəti “Huawei”nin texnoloji yenilikləri ilə tanış olub

13-02-2026
"Strateji kommunikasiya" mövzusunda təlim keçirilib

"Strateji kommunikasiya" mövzusunda təlim keçirilib

21-12-2024
Azərbaycan Milli Elmlər Akademiyası ləğv edildi

Azərbaycan Milli Elmlər Akademiyası ləğv edildi

28-07-2022
İRİA ilə “Google” şirkətinin nümayəndəsi arasında görüş keçirilib

İRİA ilə “Google” şirkətinin nümayəndəsi arasında görüş keçirilib

21-11-2024
Ekspert: Elmi institutların taleyi necə olacaq?

Ekspert: Elmi institutların taleyi necə olacaq?

29-07-2022
Ekspert: Azərbaycan süni intellekt ekosistemində yeni mərhələyə keçir

Ekspert: Azərbaycan süni intellekt ekosistemində yeni mərhələyə keçir

13-09-2025
Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

30-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə