İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə əməkdaşlığı, Sumqayıt Dövlət Universiteti və “Sumgait Innovation Hub”ın dəstəyi ilə həyata keçirilən “Rəqəmsal Yay Məktəbi” təlim proqramı yekunlaşıb. Proqram çərçivəsində Sumqayıt şəhərindəki ümumtəhsil məktəblərində təhsil alan, eləcə də “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvü olan 100 nəfər şagirdə robototexnika və proqramlaşdırma üzrə biraylıq intensiv təlimlər keçirilib.
Xeberler.az bildirir ki, təlim proqramının yekun mərhələsi olaraq keçirilən layihə təqdimatları zamanı şagirdlər bir ay ərzində qazandıqları bilik və bacarıqları komandalar şəklində hazırladıqları layihələrlə nümayiş etdiriblər. Ümumilikdə, 18 komanda layihələrini təqdim edib və münsiflər heyətinin qiymətləndirməsi nəticəsində 4 komanda qalib elan edilib.
Tədbirin rəsmi hissəsi təşkilatçı qurumların nümayəndələrinin çıxışları ilə davam edib. Daha sonra qalib komandalar mükafatlandırılıb, həmçinin iştirakçılara sertifikatlar təqdim olunub.
Sözügedən layihənin keçirilməsində məqsəd ölkədə gənc nəslin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, texnologiyalara marağın artırılması və gələcəyin innovativ mütəxəssislərinin formalaşmasına dəstək olmaqdır.
Qeyd edək ki, "Rəqəmsal Yay Məktəbi"nin məzun günü “Sumqayıt Cup” çərçivəsində keçirilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları