Previous Next
Bağla

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

29-12-2024 19:50
DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Xeberler.az məlumat verir ki, şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə DOST Agentliyinin, Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST Mərkəzinin, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsinin, bu ilin iyun ayında Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialının açıldığını vurğulayıb.

O, DOST xidmətləri şəbəkəsinin genişləndirilməsi işlərinin davam etdirildiyini diqqətə çatdırıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sayəsində dövlət sosial xidmətlərinin müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, “bir pəncərə”dən, innovativ əsasda təqdim edildiyi bildirilib.

DOST mərkəzlərində ötən dövrdə 3,2 milyon vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,4 faiz olduğu, DOST konsepsiyasının 60-dan çox beynəlxalq mükafat və sertifikatla təltif olunduğu, onlardan 12-nin “Avropa üçün yaxşı təcrübə mükafatı” olduğu qeyd edilib.

Dünyada Azərbaycanın yeni brendi kimi tanınan DOST təcrübəsini tətbiq etməyə maraq göstərən ölkələrin sayının artmaqda olduğu bildirilib.

İclasda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin fəaliyyəti ilə bağlı 2024-cü il üzrə hesabatı təqdim edib. DOST Agentliyinin fəaliyyətinə dair bir sıra məsələlər, strateji məqsədlər və prioritetlər müzakirə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

20-08-2025

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

30-10-2025

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

03-10-2024

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

18-04-2025

Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

20-08-2024

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

20-02-2026

DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib

14-03-2025

Ötən ay DOST mərkəzlərində 86 min vətəndaşa xidmət göstərilib

16-02-2026

DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

17-12-2021

9 ayda DOST mərkəzlərində 658 min vətəndaşa xidmət göstərilib

16-10-2025

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib

24-01-2026

DOST mərkəzlərində 300 min vətəndaşa xidmət göstərilib

15-05-2025

Son dörd ayda DOST mərkəzlərində 335 min vətəndaşa xidmət göstərilib

20-05-2026

On ayda DOST mərkəzlərində 739 min vətəndaşa xidmət göstərilib

17-11-2025

DOST mərkəzlərində 213 min vətəndaşa xidmət göstərilib

14-04-2025

Niger dövlət başçısının xüsusi müşaviri Kemi Seba 1 saylı Bakı DOST Mərkəzində olub

05-10-2024

DOST mərkəzlərinə 3 milyonuncu müraciət Zəngilanda qeydə alınıb

26-09-2024

DOST Agentliyi və ilk DOST mərkəzinin açılışından 6 il ötür

09-05-2025

Ötən ay DOST mərkəzlərində 84 min vətəndaşa xidmət göstərilib

20-02-2025

DOST mərkəzi 1 milyonuncu vətəndaşa xidmət göstərdi  

21-07-2022

DOST Agentliyində Skype vasitəsi ilə onlayn iclas keçirilib

09-06-2020

Yanvar-avqust aylarında DOST mərkəzlərində 506 min vətəndaşa xidmət göstərilib

17-09-2024

Bu il Laçın və Füzulidə “Smart DOST” məntəqələri yaradılacaq

05-09-2024

Ötən il DOST mərkəzlərində 922 min vətəndaşa xidmət göstərilib

14-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə