Previous Next
Bağla

DOST Agentliyi və ilk DOST mərkəzinin açılışından 6 il ötür

09-05-2025 20:39
DOST Agentliyi və ilk DOST mərkəzinin açılışından 6 il ötür

Altı il əvvəl, 2019-cu il mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və ilk DOST mərkəzinin açılışı olub.

Xeberler.az bildirir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə 161 xidmətin əhaliyə vahid platformadan, “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında təqdim olunmasına imkan verib.

Qeyd edək ki, artıq Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST mərkəzi, Şuşa DOST filialı, Zəngilanın Ağalı kəndində ilk “Smart DOST” xidmət məntəqəsi açılıb.

DOST mərkəzlərində ötən dövrdə artıq 3,5 milyondan çox vətəndaşa xidmət göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,5 faizdir.

DOST infrastrukturunun ölkə boyu genişləndirilməsi işləri davam edir. Bu il Naxçıvan şəhərində də Regional DOST Mərkəzi açılacaq. Həmçinin Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST xidmətləri infrastrukturunun qurulması üçün işlər aparılır.

Azərbaycanın yeni brendi olan DOST modeli beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir və ötən dövrdə 60-dan çox beynəlxalq mükafat, o cümlədən 10-dan çox “Avropa üçün yaxşı təcrübə mükafatı”na layiq görülüb. Eyni zamanda, DOST mərkəzləri “Aİ Biznes Mühiti Hesabatı 2021”də Azərbaycanın 3 təkmil islahatından biri kimi qiymətləndirilib, DOST xidmətləri modeli BMT tərəfindən “İnnovativ ictimai xidmət həlləri” statusunda tanınıb. DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərən ölkələrin sayı da getdikcə artır.

“Könüllü DOST” proqramı isə ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayır. Proqramda ötən dövrdə 6 mindən çox könüllü iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

On ayda DOST mərkəzlərində 739 min vətəndaşa xidmət göstərilib

17-11-2025

9 ayda DOST mərkəzlərində 658 min vətəndaşa xidmət göstərilib

16-10-2025

DOST mərkəzlərində 300 min vətəndaşa xidmət göstərilib

15-05-2025

DOST mərkəzlərində 213 min vətəndaşa xidmət göstərilib

14-04-2025

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib

24-01-2026

Ötən ay DOST mərkəzlərində 86 min vətəndaşa xidmət göstərilib

16-02-2026

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

18-04-2025

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

30-10-2025

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

29-12-2024

Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

20-08-2024

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

20-08-2025

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

20-02-2026

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

03-10-2024

Ötən ay DOST mərkəzlərində 84 min vətəndaşa xidmət göstərilib

20-02-2025

DOST mərkəzlərinə 3 milyonuncu müraciət Zəngilanda qeydə alınıb

26-09-2024

Yanvar-avqust aylarında DOST mərkəzlərində 506 min vətəndaşa xidmət göstərilib

17-09-2024

Ötən il DOST mərkəzlərində 922 min vətəndaşa xidmət göstərilib

14-01-2025

Bu il Laçın və Füzulidə “Smart DOST” məntəqələri yaradılacaq

05-09-2024

DOST mərkəzi 1 milyonuncu vətəndaşa xidmət göstərdi  

21-07-2022

Qarabağ Regional DOST Mərkəzinin açılışından 2 il ötür

07-08-2025

Zəngilanda ilk “Smart DOST” məntəqəsi istifadəyə verildi

27-05-2022

DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

17-12-2021

Niger dövlət başçısının xüsusi müşaviri Kemi Seba 1 saylı Bakı DOST Mərkəzində olub

05-10-2024

DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib

14-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə