Previous Next
Bağla

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

20-02-2026 15:03
DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Yeni DOST mərkəzlərinin, filial və məntəqələrinin yaradılması bu il də əsas hədəflər sırasındadır və DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi istiqamətində cari ildə növbəti addımlar atılacaq.

Xeberler.az məlumat verir ki, bu barədə DOST Agentliyinin Müşahidə Şurasının iclasında bildirilib. Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev vurğulayıb ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən son illər aparılan sosial islahatların mühüm nailiyyətlərindən biri olan DOST modeli dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, innovativ yanaşmalar əsasında, çevik və tam şəffaf şəkildə göstərilməsini təmin edir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası mötəbər beynəlxalq qurumlar tərəfindən xüsusi mükafatlara layiq görülüb və bu gün bir sıra ölkələr DOST təcrübəsinə böyük maraq göstərirlər.

Qeyd edilib ki, 2019-cu ildən Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 2 DOST filialı, “Smart DOST” məntəqəsi və 2 DOST məntəqəsi istifadəyə verilib. İşğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin də DOST xidmətlərindən faydalanması üçün Qarabağ Regional DOST Mərkəzi, habelə Zəngilanda “Smart DOST” məntəqəsi, Şuşa və Tərtərdə DOST filialları, Kəlbəcər və Füzulidə DOST məntəqələri açılıb.

DOST mərkəzlərində ötən dövrdə 4,2 milyon vətəndaşa xidmət göstərildiyi, xidmətlərdən məmnunluq səviyyəsinin 98,8 faiz olduğu diqqətə çatdırılıb. Hazırda
Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filallarının yaradılması üçün layihə, təmir-tikinti işlərinin davam etdirildiyi qeyd edilib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin və tabeli qurumların ötən ilki fəaliyyəti və 2026-cı il üzrə strateji hədəflərinə dair məlumat verib. İclasda DOST xidmətləri sahəsində görülən işlər və qarşıda duran hədəflər müzakirə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

18-04-2025

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

30-10-2025

Ötən ay DOST mərkəzlərində 86 min vətəndaşa xidmət göstərilib

16-02-2026

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib

24-01-2026

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

29-12-2024

9 ayda DOST mərkəzlərində 658 min vətəndaşa xidmət göstərilib

16-10-2025

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

20-08-2025

On ayda DOST mərkəzlərində 739 min vətəndaşa xidmət göstərilib

17-11-2025

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

03-10-2024

DOST mərkəzlərində 213 min vətəndaşa xidmət göstərilib

14-04-2025

DOST mərkəzlərində 300 min vətəndaşa xidmət göstərilib

15-05-2025

Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

20-08-2024

DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib

14-03-2025

Bu il Laçın və Füzulidə “Smart DOST” məntəqələri yaradılacaq

05-09-2024

DOST mərkəzlərinə 3 milyonuncu müraciət Zəngilanda qeydə alınıb

26-09-2024

DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

17-12-2021

Zəngilanda ilk “Smart DOST” məntəqəsi istifadəyə verildi

27-05-2022

Niger dövlət başçısının xüsusi müşaviri Kemi Seba 1 saylı Bakı DOST Mərkəzində olub

05-10-2024

Ötən il DOST mərkəzlərində 922 min vətəndaşa xidmət göstərilib

14-01-2025

DOST mərkəzi 1 milyonuncu vətəndaşa xidmət göstərdi  

21-07-2022

DOST Agentliyi və ilk DOST mərkəzinin açılışından 6 il ötür

09-05-2025

Ötən ay DOST mərkəzlərində 84 min vətəndaşa xidmət göstərilib

20-02-2025

DOST Agentliyində Skype vasitəsi ilə onlayn iclas keçirilib

09-06-2020

DOST Agentliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş olub

09-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə