Dövlət başçısı “Kommersiya sirri haqqında” qanuna düzəlişi təsdiq edib

10-07-2012 / 15:07
 Prezident İlham Əliyev bazar ertəsi “Kommersiya sirri haqqında” qanuna iyunun 12-də parlamentin qəbul etdiyi dəyişiklikləri təsdiq edib. Düzəlişə əsasən, bundan sonra kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və nizamnamə kapitallarında payları barədə məlumatlar kommersiya sirrinə aid edilib.
Qeyd edək ki, bu düzəliş yerli və beynəlxalq ekspertlərin tənqidinə səbəb olub. Onlar şirkət sahibləri haqqında məlumatın ictimaiyyətdən gizlədilməsinin şəffaflığı azaltdığını və korrupsiya üçün şərait yaratdığını hesab edirlər.
Bir müddət əvvəl prezident “İnformasiya əldə edilməsi haqqında” qanuna informasiya, o cümlədən iqtisadi və maliyyə xarakterli məlumatlar əldə edilməsini məhdudlaşdıran düzəlişləri təsdiq edib.

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə