Previous Next
Bağla

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

24-06-2025 12:23
Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Milli Məclisdə Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Xeberler.az məlumat verir ki, parlamentin iyunun 24-də keçirilən iclasının gündəliyinə daxil edilmiş qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təqdim olunub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində yerli özünüidarəetmə sahəsində korrupsiyaya şərait yaradan səbəblərin araşdırılması və onların aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Qanun layihəsinə əsasən, “Bələdiyyələrin statusu haqqında” Qanuna təklif edilən yeni maddənin bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını nəzərdə tutur. Bu sistem korrupsiya hallarının qarşısının alınmasına, idarəetmədə şəffaflığın və hesabatlılığın artırılmasına töhfə verəcək. Eyni zamanda, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanun layihəsində həmin informasiya sisteminin yerli büdcə gəlirləri hesabına maliyyələşdirilməsi təklif edilir. Bu isə yerli özünüidarə orqanlarının maliyyə müstəqilliyini qorumaqla yanaşı, resursların daha səmərəli istifadəsinə şərait yaradacaq.

Qanun layihəsində təklif olunan digər mühüm yeniliklərdən biri də bələdiyyə bildirişlərinin elektron formada göndərilməsi ilə bağlıdır. Bu yanaşma vətəndaşlara daha əlçatan və operativ xidmət göstərilməsinə, həmçinin sənəd dövriyyəsinin rəqəmsallaşdırılması fonunda idarəetmənin sadələşdirilməsinə imkan yaradacaq.

Təklif olunan dəyişikliklərin “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, eləcə də “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlara da şamil olunmaqla, Milli Fəaliyyət Planında nəzərdə tutulan islahatların praktiki icrasına xidmət edəcək.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

30-05-2025

Bələdiyyələrin vahid informasiya sistemi yaradılır

20-05-2025

Azərbaycanda bələdiyyə vergisinin nağd ödənişi dayandırılır

21-10-2024

Bələdiyyələr hesabat və aktlarını informasiya sisteminə yerləşdirəcək

02-12-2024

Bələdiyyə ödənişləri Hökumət Ödəniş Portalına inteqrasiya edilib

09-09-2019

Azərbaycanda neçə bələdiyyənin internet saytı var

06-01-2011

Bələdiyyələrin vahid informasiya sistemi ilə bağlı qərar qəbul edilib

11-03-2026

“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

20-02-2026

Mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq subyektlərin dairəsi müəyyənləşir

17-10-2023

İKT sahəsində idarəetmə təkmilləşdirilir-Yeni qanunlar

27-12-2022

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik ediləcək

07-04-2023

e-mühasibat informasiya sistemi yaradılacaq

14-02-2025

“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

02-02-2026

Prezident korrupsiyaya qarşı tədbirlər barədə yeni Sərəncam imzaladı

04-04-2022

“Aviasiya haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib

20-10-2023

İqtisadi Tədqiqatlar Mərkəzi “Elektron bələdiyyə” konsepsiyasını təqdim edib

17-06-2009

Süni intellektlə hazırlanan materialların yayılmasına dair məhdudiyyətlər müəyyənləşir

21-04-2026

“Aviasiya haqqında” qanun qəbul ediləcək

02-10-2023

Milli Məclisə "Kosmik fəaliyyət haqqında" yeni qanun layihəsi daxil olub

11-05-2023

“Elektron Bələdiyyə” portalının təqdimatı olub

18-04-2025

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

23-01-2026

“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edilir

03-03-2025

RİNN-ə poçt rabitəsi xidmətlərinin tariflərini təsdiqləmək səlahiyyəti verilir

24-10-2023

RİNN-ə poçt rabitəsi xidmətlərinin tariflərini təsdiqləmək səlahiyyəti verilir

06-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə