Previous Next
Bağla

Kommersiya sirri olan məlumatları bu orqanlar əldə edə bilər - Siyahı

04-10-2016 17:57
Kommersiya sirri olan məlumatları bu orqanlar əldə edə bilər - Siyahı

Azərbaycan Prezidenti İlham Əliyev “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. 

Xeberler.az məlumat verir ki, fərman Vergi Məcəlləsinin 30.4-cü maddəsinə əsasən imzalanıb.

Fərmana əsasən, “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı” təsdiq edilib.

Bundan başqa, “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 559; 2010, № 11, maddə 973; 2016, № 4, maddə 668), “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 357 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 973) və “Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 aprel tarixli 863 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 668) Fərmanı ləğv edilib. 

Azərbaycan Prezidentinin 2016-cı il 4 oktyabr tarixli fərmanı ilə təsdiq edilən kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı:

1. Azərbaycan Respublikasının vergilər naziri

2. Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini

3. Azərbaycan Respublikası vergilər nazirinin müavinləri

4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi

5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin rəisi

6. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəisi

7. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi

8. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi auditi və operativ nəzarət idarəsinin rəisi

9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında departamentlərin rəisləri

10. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ərazi vergilər departamentlərinin, ərazi vergilər idarələrinin və rayon vergilər şöbələrinin rəisləri

11. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi.

 

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İlham Əliyev özünə yeni köməkçi təyin edib

25-01-2016

Fondun əsasnaməsində dəyişiklik edilib- Fərman

19-10-2016

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə RİTN-in strukturunda dəyişiklik edildi

30-08-2013

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

21-12-2016

Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

07-01-2011

AZƏRTAC-ın adı dəyişdirildi

10-08-2015

Prezident İcra hakimiyyətləri haqda 3 fərman verib–Dəyişikliklər

16-07-2016

Nazirlik Çağrı Mərkəzinin fəaliyyətini təkmilləşdirir

20-05-2016

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rabitə və YüksəkTexnologiyalar Nazirliyi haqqında Əsasnamə təsdiq edildi.

20-06-2014

İnnovasiyalar Agentliyinin nizamnamə fondu artırıldı

08-04-2020

Vergilər nazirliyinin E-qeydiyyat sistemi istifadəyə verilib

01-07-2011

Nazirlik xidmətin inzibati reqlamentində dəyişiklik etdi

08-10-2015

“Elektron hökumət” portalı haqqında Əsasnamə təsdiq edildi

06-11-2017

Qiymətli kağızlar e-xidmətlərinin siyahısından çıxarılıb

25-08-2016

Vergi ödəyicilərinə 63 e-xidmət göstərilir

20-12-2016

Artıq ödənilmiş vergilərin qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb

11-01-2019

İnternet ticarətdə vergi nəzarətini gücləndirir

29-12-2010

“Hökumət buludu”nun yaradılması ilə bağlı fərmanda dəyişiklik edilib

18-08-2020

Ramin Quluzadəyə yeni vəzifə həvalə edilib

12-07-2016

Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

05-09-2016

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb

02-06-2023

Prezident Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı Sərəncam imzalayıb

19-04-2012

“Elektron prokurorluq” informasiya sistemi yaradılacaq

08-05-2021

Əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü ilə bağlı Fərmana dəyişikliklər edilib

02-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə