Previous Next
Bağla

Dövlət Bayrağı Günü münasibətilə poçt markası dövriyyəyə buraxılıb

05-11-2015 13:17
Dövlət Bayrağı Günü münasibətilə poçt markası dövriyyəyə buraxılıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərmarka MMC tərəfindən 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə dövriyyəyə buraxılan marka və birinci gün zərflərinin Dövlət Bayrağı Muzeyində təqdimat mərasimi keçirilib.

Xeberler.az bildirir ki, Dövlət Bayrağı Meydanının (DBM) 5 illik yubileyinə həsr olunmuş tədbirdə DBM-in Kompleksi İdarəsinin rəisi İlqar Mustafayev bu təntənəli günün tarixindən söz açıb. Dövlət Bayrağının milli suverenliyin simvolu olduğunu qeyd edən İ.Mustafayevin sözlərinə görə, Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsi nəzərə alınaraq, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə hər il noyabr ayının 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Prezidentin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” sərəncamından da söz açan kompleks rəhbəri hazırda 5 illiyini qeyd edən DBM-nin yaradılmasının da dövlət rəmzləri sırasında xüsusi yer tutan Dövlət Bayrağına olan sonsuz ehtiramdan irəli gəldiyini vurğulayıb.

Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov da təqvimdə yer alan bayramlar sırasında Dövlət Bayrağı Gününün xüsusi yeri olduğunu vurğulayıb.

Azərbaycan bayrağının dünyada ən böyük və ən uca bayraq kimi Ginnes dünya rekordları təşkilatı tərəfindən qeydə alındığını da xatırladan nazir müavini bayrağın xalqımızın qürur mənbəyi olduğunu qeyd edib.

Suveren dövlətin atributlarından biri kimi indiyə qədər Dövlət Bayrağı Günü münasibətilə Azərmarka MMC tərəfindən poçt markalarının dövriyyəyə buraxıldığını da nəzərə çatdıran İ.Məmmədov bu markaların filatelistlər və digər diplomatik nümayəndəliklər vasitəsilə bütün dünyaya yayıldığını qeyd edib. Onun sözlərinə görə, bu günə kimi Azərbaycan bayrağına həsr olunan 100-lərlə marka dövriyyəyə buraxılıb.

Daha sonra üzərində Dövlət Bayrağı Meydanının təsvirinin yer aldığı zərf və markaların dövriyyəyə buraxılması münasibətilə ştempel vurulması mərasimi keçirilib. Marka və zərflər rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi İlqar Mustafayev tərəfindən ştempellənib. 

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2016
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2017
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2018
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2015
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

09-11-2019
"Azərbaycan Respublikası Dövlət Bayrağı Günü” adlı virtual sərgi təqdim olunub

"Azərbaycan Respublikası Dövlət Bayrağı Günü” adlı virtual sərgi təqdim olunub

09-11-2024
9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

09-11-2024
Bayraq Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Bayraq Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

09-11-2024
Yeni poçt markası dövriyyəyə buraxılıb

Yeni poçt markası dövriyyəyə buraxılıb

27-06-2018
“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi

“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi

07-11-2023
ADPU-nun 100 illik yubileyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb

ADPU-nun 100 illik yubileyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb

23-12-2021
"X" İran bayrağı emojisini dəyişib

"X" İran bayrağı emojisini dəyişib

12-01-2026
Nazirlik həştəq kampaniyasına başlayıb

Nazirlik həştəq kampaniyasına başlayıb

02-11-2017
Beynəlxalq Astronavtika Konqresinin rəsmi bayrağı İtaliyaya təhvil verilib

Beynəlxalq Astronavtika Konqresinin rəsmi bayrağı İtaliyaya təhvil verilib

06-10-2023
BakıFilEkspo V Milli Filateliya sərgisi işə başlayıb

BakıFilEkspo V Milli Filateliya sərgisi işə başlayıb

08-11-2018
Bakıfilekspo V Milli Filateliya sərgisi keçiriləcək

Bakıfilekspo V Milli Filateliya sərgisi keçiriləcək

05-11-2018
Ulu Öndərə həsr olunmuş növbəti poçt markası dövriyyəyə buraxılıb

Ulu Öndərə həsr olunmuş növbəti poçt markası dövriyyəyə buraxılıb

13-12-2023
Regional Rabitə Birliyinin 30 illiyi münasibətilə poçt markası  dövriyyəyə buraxıldı

Regional Rabitə Birliyinin 30 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxıldı

06-07-2021
İndiyədək 11 mindən çox poçt markası nəşr olunub

İndiyədək 11 mindən çox poçt markası nəşr olunub

15-07-2017
BMT-nin 75 illiyi münasibətilə poçt markası  dövriyyəyə buraxılıb

BMT-nin 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb

26-10-2020
Aprel döyüşlərinə həsr olunmuş poçt markalarının təqdimatı keçirilib

Aprel döyüşlərinə həsr olunmuş poçt markalarının təqdimatı keçirilib

03-04-2019
“Konstitusiya və Suverenlik İli”nə həsr olunan poçt markası buraxılıb

“Konstitusiya və Suverenlik İli”nə həsr olunan poçt markası buraxılıb

10-12-2025
“Zəfər paradı” adlı poçt markası və Birinci gün zərfləri dövriyyəyə buraxılıb

“Zəfər paradı” adlı poçt markası və Birinci gün zərfləri dövriyyəyə buraxılıb

11-12-2020
AMEA ilə bağlı poçt markası buraxılıb

AMEA ilə bağlı poçt markası buraxılıb

08-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə