Previous Next
Bağla

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2018 10:08
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan indiki Dövlət bayrağımız 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib. Bu gün 100 yaşını qeyd etdiyimiz şanlı bayrağımızın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyəti, demokratiyanı, yaşıl rəng isə islamçılığı tərənnüm edir.

Bundan əvvəlki bayrağımızın – Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağının ömrü qısa olub: 21 iyun 1918-ci il - 9 noyabr 1918-ci il. Ağ aypara və səkkizguşəli ulduzdan ibarət bu al bayraq 9 noyabr 1918-ci ildən müasir bayrağımızla əvəzlənib.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet hakimiyyətinin qurulmasından sonra üçrəngli bayraqdan imtina edildi. Bu bayraq növbəti dəfə 17 noyabr 1990-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı əsasında Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edildi. Həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət də qaldırdı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan MR Ali Məclisinin vəsatətinə baxdı və üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi.

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.

2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzalayıb. 2010-cu il sentyabrın 1-də isə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimi keçirilib.

Bayraq Meydanının ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, Dövlət himninin mətni və ölkə xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bundan əlavə, meydanda Dövlət Bayrağı Muzeyi yaradılıb

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2016
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2017
9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

09-11-2024
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

09-11-2019
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2015
Bayraq Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Bayraq Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

09-11-2024
"Azərbaycan Respublikası Dövlət Bayrağı Günü” adlı virtual sərgi təqdim olunub

"Azərbaycan Respublikası Dövlət Bayrağı Günü” adlı virtual sərgi təqdim olunub

09-11-2024
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilir

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilir

28-05-2018
Dövlət Bayrağı Günü münasibətilə poçt markası dövriyyəyə buraxılıb

Dövlət Bayrağı Günü münasibətilə poçt markası dövriyyəyə buraxılıb

05-11-2015
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

17-11-2022
Azərbaycanda Respublika Günü qeyd olunur

Azərbaycanda Respublika Günü qeyd olunur

28-05-2016
​Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur

​Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur

28-05-2015
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

01-08-2018
Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il ötür

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il ötür

18-10-2021
17 noyabr Milli Dirçəliş Günüdür

17 noyabr Milli Dirçəliş Günüdür

17-11-2024
28 May – Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir

28 May – Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir

28-05-2021
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

17-11-2023
“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi

“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi

07-11-2023
Ümummilli lider Heydər Əliyevin vəfatından 19 il ötür

Ümummilli lider Heydər Əliyevin vəfatından 19 il ötür

12-12-2022
Bu gün Müstəqilliyin Bərpası Günüdür

Bu gün Müstəqilliyin Bərpası Günüdür

18-10-2022
Azərbaycanda yeni nazir müavini təyin edilbib

Azərbaycanda yeni nazir müavini təyin edilbib

29-03-2020
Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir

10-05-2023
Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

18-10-2017
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 25 illiyini qeyd edir

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 25 illiyini qeyd edir

18-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə