Previous Next
Bağla

BakıFilEkspo V Milli Filateliya sərgisi işə başlayıb

08-11-2018 15:23
BakıFilEkspo V Milli Filateliya sərgisi işə başlayıb

8 noyabr 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərmarka” MMC və Azərbaycan Filatelistlər İttifaqının təşkilatçılığı ilə Xalça Muzeyində “BakıFilEkspo” V Milli Filateliya sərgisinin açılışı olub.

Xeberler.az  bildirir ki, sərgidə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Dənizkənarı Bulvar İdarəsinin sədrinin müavini Elşən İsgəndərov, “Azərmarka” MMC-nin direktoru Leyla Güləliyeva, Azərbaycan Filatelistlər İttifaqının sədr müavini Rövşən Əhmədov, filatelistlər, numizmatlar və digər kolleksiyaçılar iştirak edib. Sərgidə çıxış edən nazir müavini Elmir Vəlizadə qeyd edib ki, Azərbaycan Dövlət Bayrağının 100 illiyi kimi əlamətdar günün astanasında belə tədbirin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, 2018-ci il Azərbaycan üçün əlamətdar hadisələrlə zəngin olub. Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Ordumuzun, Azərbaycan Qadınına səsvermə hüququnun verilməsinin 100 illiyinin qeyd edilməsi də bu qəbildəndir.

“Bildiyiniz kimi, bu ilin 9 noyabrında Azərbaycan Dövlət Bayrağının təsis edilməsinin 100 ili tamam olur. Hesab edirəm ki, milli filateliya sərgisinin bu qürurlu tarixə həsr olunması onun əhəmiyyətini daha da artırır. Sərgi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi” və “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında müvafiq sərəncamlarına uyğun olaraq təşkil edilib. İnanıram ki, “BakıFilEkspo” V Milli filateliya sərgisi də Azərbaycan filateliyasının, ümumiyyətlə, kolleksiyaçılığın tarixində yeni mərhələ olacaq” – deyə nazir müavini qeyd edib.

Azərbaycan Filatelistlər İttifaqının sədr müavini Rövşən Əhmədov məlumat verib ki, sərgidə 7 nominasiyada müsabiqələrin keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, ümumiyyətlə, sərgidə bütün nominasiyalarda 19 kolleksiya, 34 çap işi nümayiş etdirilir.

“Bunlardan 4 toplu rəsmi dərəcədə, 20 çap işi müsabiqədən kənar dərəcəsində, 8 toplu filateliya sinfində, 3 toplu filokartiya və fuluminiya sinfində, 4 toplu numizmatika sinfində və 14 çap işi ədəbiyyat sinfində təqdim edilir. Müsabiqə dərəcəsində göstəriləcək 19 topludan 13-ü isə ilk dəfə nümayiş etdirilir” – deyə o vurğulayıb.

R. Əhmədov qeyd edib ki, milli filateliya sərgisində Azərbaycan dövlətçiliyinin önəmli səhifələrinə həsr olunmuş “Azərbaycan Xanlıqlarının pul dövriyyəsi tarixi” adlı sikkə kolleksiyası da ilk dəfə nümayiş olunur. 300-ə qədər sikkədən ibarət olan kolleksiyada Gəncə, Şəki, Şirvan, İrəvan, Quba, Təbriz, Dərbənd və Qarabağ xanlıqları təmsil olunur. Sonra kolleksiyalara baxış keçirilib. Tədbirdə bir-birindən fərqli, nadir kolleksiyalar nümayiş etdirilib. Cümhuriyyət dövrünün poçt tarixi, SSRİ dönəmində Azərbaycana həsr olunmuş markalı zərflərin buraxılışı, 1992-2018-ci illərdə Azərbaycanda buraxılmış maraqlı poçt markaları və digər kolleksiyalar böyük maraq doğurub.

Sərgidə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ilə Dənizkənarı Bulvar İdarəsinin sədrinin müavini Elşən İsgəndərov Azərbaycan Dövlət Bayrağına həsr edilmiş poçt markasını xüsusi ştempellə möhürləyiblər.
Filateliya sərgisində şəxsiləşdirilmiş poçt markaları bir neçə çeşiddə çap olunaraq iştirakçılara təqdim olunub.

“Azərmarka” MMC və “Num.az” MMC-nin köşklərində filateliya və numizmatika üzrə materialların və aksesuarların da satışı təşkil edilib. V Milli Filateliya sərgisində nümayiş etdikləri kolleksiyalara görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən 7 nəfər xatirə qızıl medalı ilə, 5 nəfər xatirə gümüş medalı ilə, 5 nəfər xatirə bürünc medalı, 3 nəfər isə diplomla təltif olunub. Sərgi 9 noyabr tarixinədək davam edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakıfilekspo V Milli Filateliya sərgisi keçiriləcək

Bakıfilekspo V Milli Filateliya sərgisi keçiriləcək

05-11-2018
Azərmarka beynəlxalq sərgilərdə mükafatlara layiq görülüb

Azərmarka beynəlxalq sərgilərdə mükafatlara layiq görülüb

23-10-2009
BakuTel 2018 sərgisində iki yeni markalı kitabın təqdimatı keçirilib

BakuTel 2018 sərgisində iki yeni markalı kitabın təqdimatı keçirilib

07-12-2018
Azərbaycan markaları “DUBAI 2026” sərgisində nümayiş etdirilib

Azərbaycan markaları “DUBAI 2026” sərgisində nümayiş etdirilib

20-02-2026
İndiyədək 11 mindən çox poçt markası nəşr olunub

İndiyədək 11 mindən çox poçt markası nəşr olunub

15-07-2017
ADR – 100 adlı poçt bloku beynəlxalq sərginin qran-prisini alıb

ADR – 100 adlı poçt bloku beynəlxalq sərginin qran-prisini alıb

26-12-2019
Azərmarka uşaqların çəkdiyi rəsmlərdən poçt açıqcası hazırlayıb

Azərmarka uşaqların çəkdiyi rəsmlərdən poçt açıqcası hazırlayıb

22-06-2018
Dövlət Bayrağı Günü münasibətilə poçt markası dövriyyəyə buraxılıb

Dövlət Bayrağı Günü münasibətilə poçt markası dövriyyəyə buraxılıb

05-11-2015
Azercell gənc rəssamlara dəstək oldu

Azercell gənc rəssamlara dəstək oldu

22-06-2018
“Azərpoçt” “Boston 2026” Dünya Filateliya Sərgisində təmsil olunub

“Azərpoçt” “Boston 2026” Dünya Filateliya Sərgisində təmsil olunub

11-06-2026
Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

02-12-2019
Yeni poçt markası dövriyyəyə buraxılıb

Yeni poçt markası dövriyyəyə buraxılıb

27-06-2018
Azərmarka rəsm müsabiqəsi elan edir

Azərmarka rəsm müsabiqəsi elan edir

13-03-2018
Elmir Vəlizadə vəzifəsindən azad edilib

Elmir Vəlizadə vəzifəsindən azad edilib

15-06-2021
Elmir Vəlizadə nazirlikdə baş verənlərdən danışdı

Elmir Vəlizadə nazirlikdə baş verənlərdən danışdı

01-12-2015
Müsabiqə qalibləri mükafatlandırılıb

Müsabiqə qalibləri mükafatlandırılıb

09-05-2019
“Bakutel-də 10 mindən çox ziyarətçi olacaq”

“Bakutel-də 10 mindən çox ziyarətçi olacaq”

01-12-2015
Spartakiadanın qalibləri mükafatlandırılıb

Spartakiadanın qalibləri mükafatlandırılıb

18-03-2019
Baş katib İKT sahəsində əldə olunan nailiyyətlərlə tanış olub

Baş katib İKT sahəsində əldə olunan nailiyyətlərlə tanış olub

13-09-2018
Kişineuda poçt markaları təqdim olunub

Kişineuda poçt markaları təqdim olunub

17-10-2015
Azərbaycan “Avropa Poçtu Filateliya Forumu 2025”də təmsil olunub

Azərbaycan “Avropa Poçtu Filateliya Forumu 2025”də təmsil olunub

11-06-2025
“Azərpoçt”un əməkdaşı regional qurumda vəzifəyə təyin olunub

“Azərpoçt”un əməkdaşı regional qurumda vəzifəyə təyin olunub

02-07-2025
Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2018 beynəlxalq sərgi-konfransında  iştirak edir

Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2018 beynəlxalq sərgi-konfransında iştirak edir

10-09-2018
NRYTN Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirib

NRYTN Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirib

25-06-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə