Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK)mətbuat xidmətindən verilən məlumata görə “Bakcell Ltd” MMC tərəfindən “46 gün içində Mercedes-Benz qazan” adlı kampaniyanın təşkili və keçirilməsində lotereya əlamətləri aşkar edilib.
Bununla əlaqədar olaraq Dövlət Komitəsi “Bakcell”in kampaniyasını dayandırıb, şirkətin cərimə olunması haqqında qərar qəbul olunub.
QKDK müvafiq tələbnaməni yerinə yetirmədiyinə görə “Baksell Ltd” MMC-nin inzibati məsuliyyətə cəlb olunması üzrə prosedura başlayıb.
Qeyd edək ki, bir müddət öncə bu tip kampaniyaya start verən digər yerli mobil operator "Azercell" şirkətinin keçirdiyi kampaniya da məhz bu səbədən dolayı dayandırılmışdı.Görünür,mobil operatorlar bu tip kampaniyaların müvafiq qanunvericiliyə uyğunlaşdırılmasından xəbərsizdirlər.
QKDK bundan sonra da vətəndaşları bu cür kampaniyalarda iştirak ilə bağlı diqqətli olmağa çağırır.QKDK “Lotereyalar haqqında” qanuna müvafiq olaraq lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsi məqsədilə mütəmadi nəzarət tədbirlərini həyata keçirir. //xeberler.az/Ellada
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri