Previous Next
Bağla

Qiymətli kağızlar bazarında ticarət yalnız elektron formada aparılacaq

24-04-2015 20:14
Qiymətli kağızlar bazarında ticarət yalnız elektron formada aparılacaq

"Azərbaycanın qiymətli kağızlar bazarında ticarət yalnız elektron formada aparılacaq". Bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında deyib.

Onun sözlərinə əsasən, müvafiq qanun qəbul edildikdən sonra 1-2 ay ərzində elektron ticarətə tam keçiləcək.

R.Aslanlı qeyd edib ki, birinci oxunuşdan sonra "Azərbaycanın qiymətli kağızlar bazarı haqqında" qanuna müəyyən dəyişikliklər edilib: "Məsələn, investisiya şirkətləri və emitentləri tərəfindən hesabatların təqdim edilməsi tarixi dəqiqləşdirilib. Bundan başqa, dəyişikliklər qiymətli kağızlar bazarının iştirakçıları haqqında məlumatın yayılması məsələsinə də toxunub".

QKDK sədri əlavə edib: "Biz listinqdə olan şirkətlərin hesabatlarının olduğu xüsusi portal yaratmağı planlaşdırırıq. Dəyişikliklərdən biri də kapital bazarının dövlət tərəfindən tənzimlənməsi üzrə maliyyə mexanizmlərinə aiddir. Birinci oxunuşdan sonra maliyyələşdirmənin bazarın əsas iştirakçılarının göstərdiyi xidmətlərə görə əldə edilən vəsaitin hissəsi hesabına deyil, onların əldə etdiyi gəlirin müəyyən hissəsi hesabına həyata keçirilməsi təklif edildi. Əks təqdirdə, bu, qiymətli kağızlar bazarında göstərilən xidmətlərin ucuzlaşmasına gətirib çıxara bilər".

Milli Məclisin komitə iclasında bəzi deputatlar qeyd ediblər ki, "Qiymətli kağızlar bazarı haqqında" qanuna dəyişikliklər digər qanunvericilik aktları ilə ziddiyyət təşkil edir.

Onların sözlərinə əsasən, qanun Azərbaycan Mərkəzi Bankına investisiya şirkətləri funksiyası verir ki, bu da "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanunla qadağandır.

Lakin R.Aslanlı bildirib ki, bu qanunun heç bir bəndi Mərkəzi Bankın funksiyalarını genişləndirmir: "Qanunun müddəası AMB-nin qiymətli kağızlarla apardığı indiki əməliyyatlar çərçivəsindən kənara çıxmır".

Yekunda deputatlar "Qiymətli kağızlar bazarı haqqında" qanun layihəsini Milli Məclisin plenar iclasında müzakirə etməyi tövsiyə ediblər.(trend)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qiymətli kağızlar onlayn satıla bilər

Azərbaycanda qiymətli kağızlar onlayn satıla bilər

29-07-2022
QKDK elektron xidmət spektrini 19-a çatdırıb

QKDK elektron xidmət spektrini 19-a çatdırıb

06-04-2012
“Azercell”in “70 günə 70 avtomobil” kampaniyası dayandırılıb!

“Azercell”in “70 günə 70 avtomobil” kampaniyası dayandırılıb!

07-11-2009
QKDK-nın yeni rəsmi internet səhifəsi istifadəyə verildi

QKDK-nın yeni rəsmi internet səhifəsi istifadəyə verildi

20-05-2015
“Poçt haqqında” qanuna dəyişikliklər edilib

“Poçt haqqında” qanuna dəyişikliklər edilib

20-10-2017
MDB qanunsuz fəaliyyətə qarşı mübarizəni gücləndirir

MDB qanunsuz fəaliyyətə qarşı mübarizəni gücləndirir

17-12-2025
Azərbaycanda qiymətli daşların və mədəniyyət məhsullarının alqı-satqısı nağdsız formada aparılacaq

Azərbaycanda qiymətli daşların və mədəniyyət məhsullarının alqı-satqısı nağdsız formada aparılacaq

18-10-2023
Facebook qiymətli kağızlar bazarına çıxacaq

Facebook qiymətli kağızlar bazarına çıxacaq

09-01-2011
Mikayıl Cabbarov onlayn radionun açılışında

Mikayıl Cabbarov onlayn radionun açılışında

22-09-2015
 “Korporativ idarəetmə” mövzusunda seminar təşkil olunub

“Korporativ idarəetmə” mövzusunda seminar təşkil olunub

04-08-2009
Dövlət Komitəsi “Bakcell”in kampaniyasını dayandırdı

Dövlət Komitəsi “Bakcell”in kampaniyasını dayandırdı

09-06-2010
İlon Maska sanksiyalar tətbiq oluna bilər

İlon Maska sanksiyalar tətbiq oluna bilər

21-09-2024
Azərbaycanda ödəniş xidmətləri müəyyənləşir

Azərbaycanda ödəniş xidmətləri müəyyənləşir

22-06-2023
Bakcell borclanmağa hazırlaşır

Bakcell borclanmağa hazırlaşır

10-12-2014
«Uninet» istifadəçiləri aldatdı

«Uninet» istifadəçiləri aldatdı

13-12-2010
“Facebook” sosial şəbəkəsi ilin əvvəlindən 30% bahalaşıb

“Facebook” sosial şəbəkəsi ilin əvvəlindən 30% bahalaşıb

09-03-2011
Sürücülərə taxoqraf sistemi ilə nəzarət olunacaq

Sürücülərə taxoqraf sistemi ilə nəzarət olunacaq

16-05-2019
Qiymətli kağızlar e-xidmətlərinin siyahısından çıxarılıb

Qiymətli kağızlar e-xidmətlərinin siyahısından çıxarılıb

25-08-2016
“Azərkosmos”un səhmləri birjanın listinqinə daxil edilib

“Azərkosmos”un səhmləri birjanın listinqinə daxil edilib

09-05-2015
“ASAN kommunal” sistemləri kredit bürosuna inteqrasiya oluna bilər

“ASAN kommunal” sistemləri kredit bürosuna inteqrasiya oluna bilər

19-09-2016
İqtisad Universitetinin onlayn radiosu fəaliyyətə başlayır

İqtisad Universitetinin onlayn radiosu fəaliyyətə başlayır

21-09-2015
Milli Depozit Mərkəzi investorlar üçün “Elektron xidmətlər” sistemini istifadəyə verib

Milli Depozit Mərkəzi investorlar üçün “Elektron xidmətlər” sistemini istifadəyə verib

29-06-2019
Milli Məclisə "Kosmik fəaliyyət haqqında" yeni qanun layihəsi daxil olub

Milli Məclisə "Kosmik fəaliyyət haqqında" yeni qanun layihəsi daxil olub

11-05-2023
Deputat:  "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanun layihəsi çox mürəkkəbdir"

Deputat: "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanun layihəsi çox mürəkkəbdir"

22-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə