Previous Next
Bağla

QKDK-nın yeni rəsmi internet səhifəsi istifadəyə verildi

20-05-2015 13:25
QKDK-nın yeni rəsmi internet səhifəsi istifadəyə verildi

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) rəsmi internet səhifəsinin  yeni versiyası istifadəyə verilib.

Komitənin İctimaiyyətlə Əlaqələr şöbəsindən Xəbərlər-ə verilən məlumata görə, 19 may 2015-ci il tarixindən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) rəsmi internet səhifəsinin yeni versiyası istifadəyə verilib.

Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən yeni internet səhifəsi ictimaiyyət arasında yerli kapital bazarı üzrə təbliğatın daha da gücləndirilməsinə və əhalinin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasına xidmət edir.

Yeni internet səhifəsində investorlar, emitentlər və maliyyə vasitəçiləri üçün faydalı məlumatlar əksini tapmış və onların bazarda fəaliyyəti barədə ətraflı informasiyaya yer verilmişdir. Həmçinin, kapital bazarı göstəriciləri haqqında məlumatlar  fərqli tərtibatda və geniş formada yenidən işlənib hazırlanaraq saytın istifadəçilərinə təqdim olunmuşdur.

Saytda broker, diler, depozitar, klirinq və digər peşəkar bazar iştirakçılarının fəaliyyət istiqamətləri haqqında daha dolğun məlumatlar yerləşdirilmişdir. İstifadəyə verilən internet səhifəsində QKDK tərəfindən elektron xidmətlər, vətəndaşların qəbulu, video-qəbul bölmələri təkmilləşdirilmiş, sorğu paneli, həmçinin bir sıra digər yeni funksiyalar əlavə edilməklə, informasiya texnologiyalarının üstünlükləri və müasir dövrün tələbləri nəzərə alınmışdır.

Sevinc Çəltikova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

QKDK elektron xidmət spektrini 19-a çatdırıb

06-04-2012

Qiymətli kağızlar bazarında ticarət yalnız elektron formada aparılacaq

24-04-2015

“Azercell”in “70 günə 70 avtomobil” kampaniyası dayandırılıb!

07-11-2009

“Korporativ idarəetmə” mövzusunda seminar təşkil olunub

04-08-2009

«Uninet» istifadəçiləri aldatdı

13-12-2010

Dövlət Komitəsi “Bakcell”in kampaniyasını dayandırdı

09-06-2010

Bakı Fond Birjasının saytının yeni versiyası istifadəyə verilib

17-11-2015

Azərkosmos ASC-nin internet səhifəsi fəaliyyətə başlayıb

05-06-2012

Azərbaycan Prezidentinin rəsmi internet saytının xarici qonaqlar üçün xüsusi səhifəsi fəaliyyətə başlayıb

12-11-2010

Bakcell borclanmağa hazırlaşır

10-12-2014

Maliyyə mövzusunda yazan jurnalistlər üçün müsabiqəyə start verilib

04-08-2009

Kredit təşkilatlarından elektron formada şikayət etmək olacaq

30-09-2016

Prezidentin saytı yeniləndi

06-07-2010

Mikayıl Cabbarov onlayn radionun açılışında

22-09-2015

Milli Onkologiya Mərkəzinin internet saytı istifadəyə verilib

23-02-2011

Vergilər Nazirliyinin yenilənmiş internet saytı istifadəyə verilib

25-09-2019

Aztibb.az portalı istifadəyə verilib

22-07-2020

Yaponiyada Azərbaycan haqqında internet səhifəsi yaradılıb

07-11-2013

Azərbaycan Prezidentinin rəsmi internet saytının mobil versiyası fəaliyyətə başlayıb

27-10-2010

Vergilər Nazirliyinin rəsmi İnternet saytının yeni versiyası təqdim olunacaq

21-01-2009

Nazirliyin vebsaytı yeni dizaynla və domenlə istifadəyə verilib

07-01-2019

www.economy.gov.az-ın təqdimatı olub

01-07-2011

www.emdkdedrx.gov.az ünvanlı veb-sayt istifadəyə verilib

07-01-2010

Şəki icra hakimiyyətinin internet səhifəsinin təqdimatı olmuşdur

30-07-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə