Previous Next
Bağla

Dövlət Neft Fondu hansı beynəlxalq şirkətlərin səhmlərini alıb ?

24-01-2024 11:17
Dövlət Neft Fondu hansı beynəlxalq şirkətlərin səhmlərini alıb ?

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) vəsaitlərin strateji bölgüsündə ən qabaqcıl beynəlxalq təcrübələrə əsaslanaraq müxtəlif maliyyə aktivləri üzrə regionlar, sektorlar, valyutalar və digər faktorları nəzərə almaqla investisiya qərarları verir. ARDNF-nin maliyyə aktivləri, regionlar, sektorlar üzrə investisiyaların payı sözügedən faktorlar üzrə qlobal maliyyə bazarlarındakı bölgü və bençmarkların tərkibi nəzərə alınmaqla təhlillərə əsaslanaraq həyata keçirilir.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondu maliyyə bazarında yarana biləcək risklərin qarşısını almaq və ya minimuma endirmək üçün atılan addımlarla bağlı sorğusuna cavabında bildirib.

 Qeyd olunub ki, portfelin qeyd edilən amillər üzrə diversifikasiyası təmin edilməklə müvafiq risk/gəlirlilik profilinə uyğun portfel qurulur.

“Əlavə edək ki, ARDNF tərəfindən həm investisiya qərarı verilməmişdən əvvəl, həm də investisiyalardan sonrakı müddətdə yatırımlara dair müvafiq risklər nəzərə alınır, təhlil və monitorinq olunur. Sözügedən risklərin təhlili nəinki individual investisiya çərçivəsində, həm də portfel kontekstində aparılır. Fond birjada kotirovka olunan səhmlərə investisiya çərçivəsində bazar kapitalizasiyasına görə dünyanın inkişaf etmiş ölkələrinin ən iri şirkətləri özündə ehtiva edən “MSCI World” indeksini izləyir və bu kontekstdə indeksin tərkibinə daxil olan bütün şirkətlərin çəkilərinə uyğun investisiya edir. Bununla da, ARDNF səhm investisiyalarını indeksin ölkələr, sektorlar və valyutalar üzrə bölgülərinə uyğun olaraq həyata keçirir. İndeks bölgülərindən böyük kənarlaşmalar isə həm səhm alt portfelinə, həm də fondun ümumi investisiya portfelinə əlavə risklər gətirir. Fond tərəfindən həm də mütəmadi olaraq qlobal maliyyə bazarlarında baş verən hadisələr izlənilir, cari bazar konyukturası və gözləntilər təhlil edilir, eləcə də, zəruri olduqda müxtəlif maliyyə aktivləri üzrə risk/gəlirlilik profili kontekstində investisiya portfelinə müvafiq dəyişikliklər edilir”, - deyə məlumatda bildirilir.

Məlumatda o da qeyd olunub ki, ARDNF səhm alt portfeli də daxil olmaqla kifayət qədər şaxələndirilmiş investisiya portfelinə sahibdir: “Buraya da birjada kotirovka olunan 1500-ə yaxın şirkətin səhmlərinə yatırımlar, eləcə də, 17 valyuta və bütün iqtisadi sektorları əhatə etməklə 60-dan çox ölkədə investisiyalar daxildir”.

Fondun ötən il üzrə ən çox səhmlərinə sahib olduğu 5 şirkətlərlə (TOP-5 şirkət) bağlı da məlumat verib. Təqdim edilən məlumatlara əsasən ARDNF dünyanın ən böyük texnologiya şirkətlərinə olan investisiyanı artırıb. Ötən il səhmlər üzrə ümumi məbləğ 1 milyard 627 milyon dollar təşkil edib.

- “Apple” (496 milyon ABŞ dolları, 11,3%),

- “Microsoft” (438 milyon ABŞ dolları, 16,9%),

- “Alfabet” / “Google” (258 milyon ABŞ dolları, 14,3),

- “Amazon” (233 milyon ABŞ dolları, 18%)

- “NVIDIA” (202 milyon ABŞ dolları, 13,4%)

Həmin səhmlərin ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı isə müvafiq olaraq 4,3%, 3,8%, 2,3%, 2,0% və 1,8% təşkil edib.

Son illər dünyada artan kiberdələduzluq halları ilə bağlı da ARDNF preventiv addımlar atır. Qurumun açıqlamasında bildirilir ki, tətbiq edilən standartlara uyğun olaraq, kibertəhdidlərin biznes davamlılığına yarada biləcəyi fəsadlar, informasiya təhlükəsizliyinə risklər əvvəlcədən mümkün qədər qiymətləndirilir, müvafiq emal variantları, üsul və vasitələri müəyyən olunur: “Qlobal kiberməkandan olan risklərin qarşısı müdafiə eşalonlarında (perimetrlərində) müvafiq mühafizə vasitələri ilə alınır, müvafiq qaydalara uyğun olaraq, milli və korporativ SOC-lar (“Security Operation Centre” – Təhlükəsizliyin əməliyyatları mərkəzləri) vasitəsilə fasiləsiz monitorinq olunur, lazım olan hallarda müvafiq əks-cavab tədbirləri tətbiq olunur”(Azərtac)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Neft Fondu “Meta”nın 179 milyonluq səhmlərini alıb

Neft Fondu “Meta”nın 179 milyonluq səhmlərini alıb

29-04-2024
Dövlət Neft Fondu “Apple", “Microsoft" və “Amazon”a yatırımları 2 dəfədən çox artırıb

Dövlət Neft Fondu “Apple", “Microsoft" və “Amazon”a yatırımları 2 dəfədən çox artırıb

31-07-2023
Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: “Apple" və “NVIDIA”ya yatırımlar kəskin artıb

Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: “Apple" və “NVIDIA”ya yatırımlar kəskin artıb

25-10-2024
Fondun saytı ilə bağlı təklifi olanların nəzərinə

Fondun saytı ilə bağlı təklifi olanların nəzərinə

25-10-2017
Azərbaycan məlumat mərkəzləri üzrə qlobal investisiyaları müzakirə edir

Azərbaycan məlumat mərkəzləri üzrə qlobal investisiyaları müzakirə edir

21-01-2026
Genişzolaqlı internetin inkişafı layihəsini maliyyələşdirməkdən imtina etdi

Genişzolaqlı internetin inkişafı layihəsini maliyyələşdirməkdən imtina etdi

16-01-2015
Nağdsız valyuta bazarında 13.4 milyard dollarlıq əməliyyat aparılıb

Nağdsız valyuta bazarında 13.4 milyard dollarlıq əməliyyat aparılıb

16-08-2023
ETF (Exchange Traded Funds) nədir?

ETF (Exchange Traded Funds) nədir?

08-09-2021
“Azərkosmos”un xidmətlərinin ixrac olunduğu ölkələrin sayı artıb

“Azərkosmos”un xidmətlərinin ixrac olunduğu ölkələrin sayı artıb

31-01-2024
ABŞ-da hakerlər kiberdələduzluq yolu ilə 590 milyon dollar əldə edib

ABŞ-da hakerlər kiberdələduzluq yolu ilə 590 milyon dollar əldə edib

16-10-2021
Dövlət Neft Fonduna aid poçt markaları buraxılıb

Dövlət Neft Fonduna aid poçt markaları buraxılıb

10-09-2019
“Azərkosmos”un ixrac gəlirləri 17 faiz azalıb

“Azərkosmos”un ixrac gəlirləri 17 faiz azalıb

03-04-2024
HP kompüterlərin satış həcminə görə liderliyini qoruyur

HP kompüterlərin satış həcminə görə liderliyini qoruyur

08-09-2009
Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşu açıqlanıb

Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşu açıqlanıb

02-12-2022
Maliyyə texnologiyaları bazarının həcmi artıb

Maliyyə texnologiyaları bazarının həcmi artıb

03-11-2014
Azexport portalı üzərindən sifarişlərin dəyəri 2 milyard dolları ötüb

Azexport portalı üzərindən sifarişlərin dəyəri 2 milyard dolları ötüb

30-09-2020
Azexport.az-a 37,6 milyon ixrac sifarişi daxil olub

Azexport.az-a 37,6 milyon ixrac sifarişi daxil olub

07-04-2018
"Azərkosmos"un ixrac gəlirləri azalıb

"Azərkosmos"un ixrac gəlirləri azalıb

30-12-2025
Azexport.az -a 444.6 milyon sifariş daxil olub

Azexport.az -a 444.6 milyon sifariş daxil olub

18-12-2017
Azərbaycan bu il peyk xidmətlərinin ixracından 2 mln.dollar qazanıb

Azərbaycan bu il peyk xidmətlərinin ixracından 2 mln.dollar qazanıb

01-04-2019
Ötən il “Azərkosmos" 26 milyon dollardan çox xidmət ixrac edib

Ötən il “Azərkosmos" 26 milyon dollardan çox xidmət ixrac edib

01-02-2023
Azexport.az-a 185,6 milyon ixrac sifarişi daxil olub

Azexport.az-a 185,6 milyon ixrac sifarişi daxil olub

27-04-2018
Azərbaycanın qeyri-neft ixracı 3 milyard dollara yaxınlaşıb

Azərbaycanın qeyri-neft ixracı 3 milyard dollara yaxınlaşıb

06-01-2023
Azərbaycan startaplarının cəlb etdiyi investisiyaların məbləği açıqlanıb

Azərbaycan startaplarının cəlb etdiyi investisiyaların məbləği açıqlanıb

02-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə