Previous Next
Bağla

Nağdsız valyuta bazarında 13.4 milyard dollarlıq əməliyyat aparılıb

16-08-2023 13:21
Nağdsız valyuta bazarında 13.4 milyard dollarlıq əməliyyat aparılıb

Cari ilin yanvar-iyun aylarında manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyib.

Xeberler.az Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”na istinadla xəbər verir ki, dövr ərzində həm nağd, həm də nağdsız valyuta bazarında əməliyyatlar davam etdirilib. Altı ayda nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 13.4 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 79.5 faizi ABŞ dollarında, 20.5 faizi isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 20 faizi banklararası valyuta bazarında (BVB), 80 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

Hesabat dövründə BVB-də əməliyyatların həcmi 2.7 milyard ABŞ dolları (ARDNF-in və Mərkəzi Bankın əməliyyatları daxil olmaqla) ekvivalentində olub. Bu seqmentdə əməliyyatların 97.3 faizi ABŞ dollarında aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

Hesabat dövründə banklararası valyuta bazarında mövcud hərrac mexanizmi saxlanılmaqla, Mərkəzi Banka valyuta bazarına çevik reaksiya vermək imkanı verən, banklara real vaxt rejimində xarici valyutaya tələb və təklifi izləməyə və ən optimal məzənnə ilə əqd bağlamağa imkan verən Blumberqin “BMatch” platforması aktivləşdirilib. BDVB-də valyuta əməliyyatlarının həcmi 10.7 milyard ABŞ dolları ekvivalentində olub. Əməliyyatların 75 faizini ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil edib.

BDVB-də valyuta əməliyyatlarının 93.2 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 29 faiz azalaraq 1.8 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 84 faizini ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Son illər ərzində ilk dəfə 6 ay ərzində bankların xarici valyuta alışı satışını üstələyib.

 

 

 

 

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nağdsız valyuta bazarında 31,7 milyard dollarlıq əməliyyat aparılıb

Nağdsız valyuta bazarında 31,7 milyard dollarlıq əməliyyat aparılıb

16-02-2023
Hökumət ödəniş portalı üzərindən əməliyyatların 66 faizi nağdsız formada aparılıb

Hökumət ödəniş portalı üzərindən əməliyyatların 66 faizi nağdsız formada aparılıb

26-04-2023
Ötən il ödəniş kartlarının 80 faizi təmassız ödənişləri dəstəkləyib

Ötən il ödəniş kartlarının 80 faizi təmassız ödənişləri dəstəkləyib

10-03-2025
HP kompüterlərin satış həcminə görə liderliyini qoruyur

HP kompüterlərin satış həcminə görə liderliyini qoruyur

08-09-2009
“Azərkosmos”un ixrac gəlirləri 17 faiz azalıb

“Azərkosmos”un ixrac gəlirləri 17 faiz azalıb

03-04-2024
Apreldə ölkədaxili nağdsız əməliyyatların həcmi 1,9 dəfə artıb

Apreldə ölkədaxili nağdsız əməliyyatların həcmi 1,9 dəfə artıb

24-05-2023
Kripto valyuta bazarı rekord qırdı

Kripto valyuta bazarı rekord qırdı

24-08-2017
Rəqəmsal valyuta bazarı geriliyib

Rəqəmsal valyuta bazarı geriliyib

04-01-2019
Taleh Kazımov: "Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb"

Taleh Kazımov: "Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb"

24-11-2022
Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

07-11-2025
İyunda elektron ticarət üzrə 2 min 867 milyon manat nağdsız ödəniş edilib

İyunda elektron ticarət üzrə 2 min 867 milyon manat nağdsız ödəniş edilib

27-07-2023
Bitcoinin qiyməti 4 min dolları keçib

Bitcoinin qiyməti 4 min dolları keçib

07-01-2019
Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

29-12-2025
Azərbaycanda kartlarla nağdsız əməliyyatların həcmi iki dəfə artıb

Azərbaycanda kartlarla nağdsız əməliyyatların həcmi iki dəfə artıb

25-07-2022
Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

26-05-2026
Azərbaycanda nağdsız ödənişlərin həcmi 2 dəfə artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi 2 dəfə artıb

19-04-2023
Azərbaycanda nağdsız ödənişlərin həcmi azalıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi azalıb

10-08-2017
Kart vasitəsilə edilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb

Kart vasitəsilə edilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb

25-02-2025
Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

18-03-2025
Bayram günlərində banklar və "Azərpoçt" fəaliyyət göstərəcək

Bayram günlərində banklar və "Azərpoçt" fəaliyyət göstərəcək

18-03-2026
NIKOIL Bank Asan İmza ilə  İnternet-bankinq xidməti təqdim edir

NIKOIL Bank Asan İmza ilə İnternet-bankinq xidməti təqdim edir

08-07-2015
Azərbaycanda nağdsız ödənişlər 3 mlrd. manata çatıb

Azərbaycanda nağdsız ödənişlər 3 mlrd. manata çatıb

25-01-2023
Azexport portalı üzərindən sifarişlərin dəyəri 2 milyard dolları ötüb

Azexport portalı üzərindən sifarişlərin dəyəri 2 milyard dolları ötüb

30-09-2020
Azərbaycanda bank kartlarının sayında və nağdsız ödənişlərdə böyük artım

Azərbaycanda bank kartlarının sayında və nağdsız ödənişlərdə böyük artım

26-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə