“Dövlət qurumlarının saytlarına 911 milyondan çox zərərli keçid bloklanıb”

02-02-2024 / 11:23

“Dövlət qurumlarının informasiya təhlükəsizliyini təmin etmək üçün təhlükəsiz şəbəkə ilə təmin etmişik. Tərəfimizdən dövlət qurumlarının saytlarına 911 milyon 430 min zərərli keçidlər bloklanıb”.

Xeberler.az  xəbər verir ki, bu barədə Dövlət qurumlarının İT rəhbərlərinin III Zirvə Toplantısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

O bildirib ki, 7 milyon 122 min 200 zərərverici də son istifadə hallarında bloklanıb: “Onların bir qismi xüsusi hədəflənmiş zərərvericilər olub. Zərərli faylların analizi sistemi vasitəsilə son 1 il ərzində 1 milyon 103 min 650 zərərli fayl aşkarlanıb. Son istifadəçilərin bu faylları endirib istifadəsinin qarşısı alınıb”.

O bildirib ki, cari ildən yeni “Anti DOS” sisteminin tətbiqinə başlanılacaq: “Bu sistem dövlət qurumlarının kiberhücumlara qarşı daha təkmil qorunmasına xidmət edəcək”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə