Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığını müşahidə edir.
Xeberler.az məlumat verir ki, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılması ilə bağlı saxta SMS mesajları göndərirlər. Mesajlarda yerləşdirilən keçidlər istifadəçiləri "ASAN Pay" elektron ödəniş portalının vizual olaraq eynilə təqlid edilmiş saxta veb-səhifələrinə yönləndirir.
Saxta səhifədə ilkin olaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının daxil edilməsi tələb olunur. Daha sonra guya törədilmiş yol hərəkəti qayda pozuntusu ilə bağlı həqiqi olmayan məlumatlar təqdim edilir. Cərimə ödənilməsi adı altında isə bank kartının nömrəsi, bitmə tarixi və CVV/CVC kodu tələb olunur. Bu məlumatların təqdim edilməsi nəticəsində vətəndaşların bank hesablarındakı vəsaitlər mənimsənilə bilər.
Agentlik vətəndaşları bu cür fişinq cəhdlərinə qarşı diqqətli olmağa və aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb:
Dövlət qurumları və rəsmi xidmətlər ödəniş və ya cərimə bildirişlərini xarici nömrələrdən (məsələn, müxtəlif ölkə kodları olan beynəlxalq nömrələrdən) göndərmir.
SMS və mesencerlər vasitəsilə göndərilən naməlum keçidlərə daxil olmayın.
Məlumat daxil etməzdən əvvəl veb-səhifənin domen adının rəsmi mənbəyə aid olduğunu yoxlayın.
Şübhəli səhifələrdə bank kartı məlumatlarını və birdəfəlik təsdiqləmə kodlarını daxil etməyin.
Cərimə və yol hərəkəti qayda pozuntuları barədə məlumatları yalnız rəsmi dövlət resursları və "ASAN Pay" xidmətinin rəsmi kanalları (asanpay.az) vasitəsilə yoxlayın.
Bank kartı məlumatlarınızı saxta səhifədə daxil etdiyiniz halda dərhal bankınızla əlaqə saxlayaraq kartı bloklayın və hüquq-mühafizə orqanlarına məlumat verin.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları