Previous Next
Bağla

“Azercell” abunəçilərinə xəbərdarlıq edib

24-01-2025 18:27
“Azercell” abunəçilərinə xəbərdarlıq edib

Nəzərinizə çatdırırıq ki, sosial şəbəkələrdə “Azercell Telekom” MMC adından saxta paylaşımlar edilərək dəyərindən aşağı qiymətə müxtəlif internet paketləri, tariflər və s. xidmətlər təklif olunur. Saxta təkliflərdən yararlanmaq üçün abunəçilərdən bank kartı məlumatlarının daxil edilməsi tələb edilir, nəticədə həmin məlumatlar ələ keçirilir və istifadəçilər maliyyə itkiləri ilə qarşılaşırlar. Bildiririk ki, qeyd olunan halların “Azercell” ilə heç bir əlaqəsi yoxdur və bu cür hadisələrlə qarşılaşdığınız halda hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik.

Qeyd edilənləri nəzərə alaraq “Azercell Telekom” MMC abunəçilərini aşağıdakı təhlükəsizlik qaydalarına riayət etməyə çağırır:

- Qeyri-rəsmi səhifələrdə yerləşdirilən təkliflərə diqqətlə yanaşın;

- Saytlarda bank kartı məlumatlarını daxil etməzdən əvvəl saytın və ünvanın “Azercell”ə aid olmasını/rəsmi sayt olduğunu yoxlayın;

- Naməlum şəxslərdən gələn zəng və ya SMS-lər əsasında ödənişlər etməyin;

- “Azercell” adından gələn zənglərə diqqətlə yanaşın və şübhəli hallarda məlumatları dəqiqləşdirin;

- Etibar etmədiyiniz mənbələrlə şəxsiyyət vəsiqənizin məlumatlarını paylaşmayın;

- Şübhəli məzmunlu internet saytlara daxil olmayın, orada keçirilən müxtəlif oyun, müsabiqə, yarış, həvəsləndirici vədlər verən digər təkliflərdən istifadə etməyin;

- SMS və ya “WhatsApp” mesajlarında göndərilən şübhəli linklərə keçid etməyin;

- Etibar doğurmayan internet resurslarından istifadə etməyin;

- Naməlum şəxslər tərəfindən edilən saxta nömrə, xidmət təklifləri və məlumat sorğularına qarşı diqqətli olun.

“Azercell” öz abunəçilərinin məlumat təhlükəsizliyini təmin etmək məqsədilə rəsmi kanallardan və səhifələrdən istifadəni tövsiyə edir:

www.azercell.com

azercellim.com

Azercell Eksklüziv mağazaları və Azercell-in rəsmi diler şəbəkəsi

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Azercell" sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı açıqlama yayıb

04-02-2026

Azercell-dən abunəçilərinə xəbərdarlıq

17-08-2022

"Azercell" açıqlama yayıb

13-03-2022

Bu zəng və mesajları açmayın-Azercell-dən açıqlama

03-05-2023

Azercell-dən açıqlama  

14-07-2022

Azercell abunəçilərinin nəzərinə

11-12-2021

"Azercell" abunəçilərinə xəbərdarlıq edib

22-07-2021

Azercell müştərilərini diqqətli olmağa çağırır!

12-09-2022

«Azercell» bəzi tətbiqlər üçün pulsuz mobil internet xidmətini ləğv edir

21-09-2022

Azercell yeni kampaniyaya başlatdı

13-07-2018

Azercell-dən Black Friday günündə möhtəşəm endirimlər

22-11-2018

DİN: Sosial şəbəkələrdə cəlbedici reklamlara qarşı diqqətli olun

28-04-2026

ETX: “Azərpoçt”un adından saxta mesajlar göndərilir

20-05-2025

Rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması Azercell-in bütün ofislərində təmin edilib

17-09-2024

.“Bravo” Marketlər şəbəkəsi adından saxta mesajlar göndərilir

22-04-2022

ETX: “TikTok”da “Bakcell” adından dələduzluq həyata keçirilir

04-02-2025

Azercell “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir

10-04-2020

Azercell-dən Samsung smartfonları üçün xüsusi təklif

08-11-2019

ETX: "Azərpoçt" adından saxta SMS-lər göndərilir

26-05-2026

Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

28-12-2018

Azercell ilə limitsiz WhatsApp yazışmaları

02-12-2019

Yeni iPhone SE modelləri Azercell Eksklüziv-də təqdim olunur

16-05-2020

Telefon alanda diqqətli olun- Xəbərdarlıq

09-10-2017

DİN: Bank kartlarına kibermüdaxilə halları var

03-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə