Previous Next
Bağla

Elektron Təhlükəsizlik Xidməti: ABB adından “fişinq” hücumlar edilir

14-03-2022 11:31
Elektron Təhlükəsizlik Xidməti: ABB adından “fişinq” hücumlar edilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara son günlərdə bankları hədəf alan “fişinq” hücumları barədə xəbərdarlıq edir.

Xeberler.az məlumat verir ki, kiberdələduzlar bu dəfə Azərbaycan Beynəlxalq Bankının (ABB) adından sui-istifadə edərək rəsmi olmayan, lakin real görünən saytlar yaratmaqla insanların diqqətini çəkməyə çalışırlar. Belə ki, ABB-nin rəsmi saytı ilə heç bir əlaqəsi olmayan veb-resursda vətəndaşlara saxta hədiyyə kampaniyası vəd olunur. Saxta kampaniyadan “qazanılan” məbləği əldə etmək üçün isə istifadəçidən bank və digər fərdi məlumatlar tələb olunur.

Məqsəd sosial mühəndislik texnikalarından istifadə edərək istifadəçiləri “tələyə salmaq”la asan yolla maddi vəsait əldə etməkdir.

Bu növ kiberhücumlardan qorunmaq üçün istifadəçilərdən xahiş olunur ki, aşağıdakı sadə kibertəhlükəsizlik qaydalarına əməl etsinlər:

1. Aldığınız hər mesaja şübhə ilə yanaşın və cəlbedici vədlərə aldanaraq ani hərəkət etməyin.
2. Hədiyyə, pulsuz bonus və mükafat təklif edən vədlərə etimad etməyin.
3. Şübhəli keçidlərə daxil olmayın.
4. Hər zaman məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə edərək yoxlayın. Hər hansı şirkət, qurum və ya təşkilat adından bu kimi məlumatlar aldıqda, ilk öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və ya veb-brauzerdə açılan yeni səhifədə onun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olun.
5. Doğruluğundan əmin olmadığınız mesajları digər şəxslərə yönləndirməyin və ya sizə yönləndirilən mesajlara etibar etməyin.
6. Ətrafınızdakı şəxsləri də bu kimi elektron təhlükələr barədə məlumatlandırın.

Həmçinin bu kimi hallarla üzləşdikdə istifadəçilərdən www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

.“Bravo” Marketlər şəbəkəsi adından saxta mesajlar göndərilir

22-04-2022

Elektron Təhlükəsizlik Xidməti “fişinq” kampaniyalarının artması ilə bağlı xəbərdar edib

27-12-2021

Nazirlik: “WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir

27-10-2020

NRYTN: “WhatsApp” istifadəçilərinə qarşı “fişinq” hücumlar həyata keçirilir

16-11-2020

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları saxta investisiya layihələri ilə bağlı xəbərdar edir

23-06-2022

Elektron Təhlükəsizlik Xidməti növbəti dəfə “fişinq” hücumları barədə xəbərdarlıq edib

20-04-2021

“WhatsApp” üzərindən müəllim və tələbələrə “fişinq” hücumlar edilir

16-11-2020

“Azərpoçt” adından əhaliyə saxta məktublar göndərilir

17-02-2022

ETX saxta investisiya layihələri ilə bağlı vətəndaşları xəbərdar edir

29-07-2022

“ASAN ödəniş” sistemi adından saxta veb-səhifə yaradılıb - Xəbərdarlıq

10-06-2023

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlara xəbərdarlıq edir

13-10-2020

Kiberdələduzlar koronavirus mövzusundan sui-istifadə etməyə davam edir

24-11-2020

Nazirlik: Adımızdan saxta məktublar göndərilir

29-10-2020

NRYTN xəbərdarlıq edib: Vətəndaşlara e-poçt üzərindən saxta məktublar göndərilir

08-10-2021

Kiberdələduzlar “Azərpoçt”un adına saxta saytlar yaradaraq insanları “tələ”yə salır

14-12-2020

Kiberdələduzlar “Azərpoçt”un rəsmi saytına oxşar saxta səhifələr yaradır

28-04-2021

Nazirlik: Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir

26-10-2020

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edir

05-07-2023

Ermənistanın elektron poçt üzərindən “fişinq” hücum cəhdləri davam edir

20-10-2020

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

28-03-2023

Kiberdələduzlar “Azərpoçt” MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır

19-01-2021

Nazirlik: Vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir

20-10-2020

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

22-06-2023

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

16-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə