Previous Next
Bağla

“Azparking” adından fişinq hücumları həyata keçirilir

11-11-2026 18:23
“Azparking” adından fişinq hücumları həyata keçirilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) vətəndaşlara qarşı “Azparking” xidmətinin adından istifadə edilməklə yeni fişinq hücumlarının həyata keçirildiyini müəyyən edib.

Xeberler.az məlumat verir ki, kiberdələduzlar xarici nömrələrdən istifadəçilərə “AZParking – Ödənilməmiş parkinq haqqı barədə bildiriş” başlığı altında saxta mesajlar göndərirlər. Mesajlarda balansın kifayət etməməsi və ya avtomatik ödənişin uğursuz olması bəhanə gətirilərək saxta parkinq tarixi və borc məbləği (məsələn, 0,7 manat) göstərilir.

İstifadəçiləri aldatmaq məqsədilə mesajlarda “rəsmi veb-sayt” adı altında saxta keçidlər yerləşdirilir. Həmin keçidlərə daxil olduqda “Azparking” platformasının eynilə təqlid edilmiş səhifəsi açılır. Burada istifadəçilərdən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, mobil telefon nömrəsi və bank kartı məlumatları tələb olunur. Nəticədə vətəndaşların kart məlumatları ələ keçirilir və pul vəsaitləri mənimsənilir.

MKA vətəndaşları belə hallara qarşı diqqətli olmağa çağırır və aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir:

- Rəsmi bildirişlərin xarici ölkə kodlarına malik şəxsi və ya naməlum nömrələrdən göndərilmədiyini nəzərə alın.

- SMS və ya mesencer vasitəsilə göndərilən, xüsusilə “.top”, “.xyz” və digər şübhəli domenlərə malik keçidlərə daxil olmayın.

- “Azparking” və dövlət ödəniş sistemlərinin rəsmi domen adlarını brauzerin ünvan sətrində yoxlayın.

- Saxta və ya şübhəli veb-səhifələrdə avtomobilin dövlət qeydiyyat nişanını, mobil nömrəni, bank kartının nömrəsini, bitmə tarixini, CVV/CVC kodunu və SMS-lə göndərilən təsdiqləmə kodlarını daxil etməyin.

- Parkinq borclarını yoxlamaq və ödənişləri həyata keçirmək üçün yalnız “Azparking” mobil tətbiqindən və ya dövlət ödəniş portallarından istifadə edin.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dövlət Yol Polisinin adından fişinq hücumları müşahidə olunur

Dövlət Yol Polisinin adından fişinq hücumları müşahidə olunur

11-11-2026
MKA saxta bilet satış səhifələri ilə bağlı vətəndaşlara xəbərdarlıq edir

MKA saxta bilet satış səhifələri ilə bağlı vətəndaşlara xəbərdarlıq edir

28-10-2026
ETX: “Azərpoçt”un adından saxta mesajlar göndərilir

ETX: “Azərpoçt”un adından saxta mesajlar göndərilir

20-05-2025
ETX: "WhatsApp" hesablarına icazəsiz giriş cəhdləri artıb

ETX: "WhatsApp" hesablarına icazəsiz giriş cəhdləri artıb

29-10-2025
ETX: Kiberdələduzlar "Azərpoçt" adından saxta mesajlar göndərir

ETX: Kiberdələduzlar "Azərpoçt" adından saxta mesajlar göndərir

08-09-2025
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

22-06-2023
ETX: "Azərpoçt" adından saxta SMS-lər göndərilir

ETX: "Azərpoçt" adından saxta SMS-lər göndərilir

26-05-2026
“WhatsApp”da yayılan saxta kampaniyalarla bağlı vətəndaşlara xəbərdarlıq edilib

“WhatsApp”da yayılan saxta kampaniyalarla bağlı vətəndaşlara xəbərdarlıq edilib

03-11-2026
DİN: Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın

DİN: Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın

13-07-2026
“Azercell” abunəçilərinə xəbərdarlıq edib

“Azercell” abunəçilərinə xəbərdarlıq edib

24-01-2025
"Bakcell" parkinq ödənişlərini sürətli etdi

"Bakcell" parkinq ödənişlərini sürətli etdi

30-08-2023
Kiberdələduzlar tərəfindən “milliodeme.net” saxta ödəniş portalı yaradılıb – Xəbərdarlıq

Kiberdələduzlar tərəfindən “milliodeme.net” saxta ödəniş portalı yaradılıb – Xəbərdarlıq

25-10-2023
"Azercell" sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı açıqlama yayıb

"Azercell" sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı açıqlama yayıb

04-02-2026
DİN: Bank kartlarına kibermüdaxilə halları var

DİN: Bank kartlarına kibermüdaxilə halları var

03-10-2025
DİN: Kart məlumatlarınızı naməlum şəxslərə verməyin

DİN: Kart məlumatlarınızı naməlum şəxslərə verməyin

06-06-2025
Süni intellekt xidmətlərinin adından istifadə edən fişinq kampaniyası aşkarlanıb

Süni intellekt xidmətlərinin adından istifadə edən fişinq kampaniyası aşkarlanıb

13-10-2026
“AzParking” tətbiqində internetsiz istifadə rejimi aktivləşdirilib

“AzParking” tətbiqində internetsiz istifadə rejimi aktivləşdirilib

22-07-2025
ETX: "Telegram" üzərindən yeni dələduzluq halları müşahidə olunur

ETX: "Telegram" üzərindən yeni dələduzluq halları müşahidə olunur

03-09-2025
DİN: Həftəsonu bank kartlarından 33 min manata yaxın vəsait oğurlanıb

DİN: Həftəsonu bank kartlarından 33 min manata yaxın vəsait oğurlanıb

23-06-2025
DİN: Ötən gün bank kartlarından 6 min manatdan çox vəsait oğurlanıb

DİN: Ötən gün bank kartlarından 6 min manatdan çox vəsait oğurlanıb

03-06-2025
DİN: Ötən gün bank kartlarından 9600 manata yaxın pul oğurlanıb

DİN: Ötən gün bank kartlarından 9600 manata yaxın pul oğurlanıb

05-06-2025
DİN kibertəhlükəsizliklə bağlı əhaliyə müraciət edib

DİN kibertəhlükəsizliklə bağlı əhaliyə müraciət edib

28-08-2026
“SOCAR”-ın adından istifadə edilərək vətəndaşlar aldadılır

“SOCAR”-ın adından istifadə edilərək vətəndaşlar aldadılır

08-11-2024
Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

12-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə