Previous Next
Bağla
REKLAM YERİ

Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub

18-09-2018 10:41
Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub

Ümumdünya Poçt İttifaqının (ÜPİ) Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində keçirilən 2-ci növbədənkənar konqresi başa çatıb. Konqresdə dünyanın 130 ölkəsini təmsil edən mindən çox nümayəndə iştirak edib. Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub.

Xeberler.az  bildirir ki, konqresdə ÜPİ-nin strukturunda təklif olunan islahatlar, bu təşkilatda üzvlük haqqı sistemində dəyişikliklər, poçt əməliyyatlarının aparılması üzrə Ümumdünya Poçt Konvensiyasında bir sıra dəyişikliklər və sair məsələlər müzakirə olunub.

Konqresin sonunda ÜPİ-nin yekun aktları qəbul olunub. Konqres sənədlərinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Hökuməti adından Katibliyə siyasi bəyanat təqdim edilib. Bəyanatda Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisinin 20%-nin işğal olunması bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırılıb. Bildirilib ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətraf rayonlarını işğal etməsi ilə əlaqədar, Azərbaycan Respublikası Ümumdünya Poçt Konvensiyasının tələblərini Ermənistan Respublikasına münasibətdə tətbiq etməyəcək.

“Azərbaycan Respublikasının ərazisinin 20%-nin Ermənistan tərəfindən uzun illər işğal altında saxlanması nəticəsində respublikamızın iqtisadiyyatına, o cümlədən poçt sektoruna külli miqdarda ziyan dəyib. İşğal altında olan Azərbaycan Respublikasının ərazilərində Ümumdünya Poçt Konvensiyasının poçt markalarının dövriyyəsi haqqında müddəalarını (Konvensiya, maddə 6) həyata keçirmək mümkünsüz olub. Ermənistanın “Dağlıq Qarabağ Respublikası” adlanan qondarma qurum tərəfindən qanunsuz poçt markaları buraxması ÜPİ-nin Ümumdünya Poçt Konvensiyasının tələblərinə ziddir” - bəyanatda qeyd edilib.

Konqresdə, həmçinin nazirlər səviyyəli forum keçirilib, poçt sənayesində gələcək inkişaf tendensiyaları üzrə fikir mübadilələri aparılıb, verilən təklifləri ümumiləşdirməklə bu istiqamətdə strategiyanın hazırlanması təklif edilib.

Tədbirin məqsədi sahə üzrə mütəxəssislərin imkanlarını artırmaq üçün məlumat mübadiləsi aparmaq, habelə kibertəhlükəsizliklə bağlı insidentlərə qarşı mübarizə qruplarının fəaliyyətinin idarəolunması, fəaliyyət mexanizmləri ilə əlaqəli məsələləri müzakirə etməkdir.

Tədbirin son iki günündə keçiriləcək kibertəlimlərdə altı müxtəlif senari üzrə kiberhücumlara qarşı mübarizə üsulları üzrə mütəxəssislərin səriştələri test ediləcək ki, bu da onların təcrübələrinin artırılması və qabaqcıl texnologiyalara yiyələnməsi üçün faydalı olacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ÜPİ İstanbul Konqresi 2016 başa çatdı-Foto

07-10-2016

Azərbaycan Ümumdünya Poçt İttifaqının müzakirəsində iştirak edir

25-09-2019

Azərbaycan Poçtu növbəti dəfə Qızıl sertifikat alıb-Foto

21-09-2016

9 oktyabr - Ümumdünya Poçt Günüdür

09-10-2020

Azərbaycan Ümumdünya Poçt Konvensiyası və “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə qoşulacaq

02-10-2023

DTX Kəlbəcərdə məskunlaşma ilə bağlı məlumat yaydı

18-08-2020

Azərbaycan nümayəndə heyəti Dünya Konqresində iştirak edir

26-04-2022

İlham Əliyev sərhəddəki vəziyyətlə bağlı operativ müşavirə keçirib

13-09-2022

İndiyədək 11 mindən çox poçt markası nəşr olunub

15-07-2017

Dövlət Məşğulluq Agentliyinin rəqəmsal layihələri təqdim edildi

30-04-2022

Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunacaq

30-01-2020

MDB ölkələri üçün kibertəhlükəsizlik üzrə ilk regional təlimlər Bakıda keçirilir

05-09-2018

Azərbaycan Ümumdünya Radiorabitə Konfransında təmsil olunur

29-10-2019

Azərbaycan Ümumdünya Poçt İttifaqının 28-ci Konqresində təmsil olunacaq

10-06-2025

Azərbaycan Ümumdünya Radiorabitə Konfransında təmsil olunacaq

12-10-2019

Rəsmi İrəvan Azərbayсanın ərazi bütövlüyünü tanıyır

31-08-2010

“Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub

19-11-2020

Azərkosmos Ağdamın işğal olunmuş hissəsində yanğın aşkarlayıb

02-07-2018

Qarabağdakı erməni separatçıları ağ bayraq qaldırıb və təslim olublar

20-09-2023

Bakıda Ümumdünya Poçt İttifaqının seminarı keçiriləcək

29-03-2016

Azərbaycan Avropa Poçt Tənzimləmə Komitəsinin iclasında təmsil olunub

02-07-2025

XİN: Booking.com-a qarşı tədbirlər görülür

17-11-2017

Ümumdünya Poçt İttifaqının Üçüncü Fövqəladə Konqresi başa çatıb

26-09-2019

Bakıda Ümumdünya Poçt İttifaqının iclası keçirilir

25-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə