Previous Next
Bağla

ÜPİ İstanbul Konqresi 2016 başa çatdı-Foto

07-10-2016 20:21
ÜPİ İstanbul Konqresi 2016 başa çatdı-Foto

Ümumdünya Poçt İttifaqının (ÜPİ) Türkiyədə keçirilən 26-cı konqresində Azərbaycan nümayəndə heyəti tərəfindən Azərbaycan Respublikasının adından bəyanat verilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xeberler.az-a verilən məlumata görə, bəyanat İttifaqın Baş Katibi Bişar A.Huseyn tərəfindən təsdiq olunan “Aktların imzası üzrə bəyannamələr” rəsmi sənədinə daxil edilib.

Bəyanatda qeyd olunub ki, Azərbaycan Ümumdünya Poçt İttifaqının tam hüquqlu üzv-ölkələrindən biridir və beynəlxalq səviyyədə tanınmış ölkə ərazisində Ümumdünya Poçt Konvensiyası və digər beynəlxalq hüquqi Aktlar çərçivəsində poçt xidmətlərini həyata keçirmək hüququna malikdir:

“Lakin, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 %-i, o cümlədən Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 inzibati rayon Ermənistan Respublikası tərəfindən işğal edilib. Nəticədə işğal altındakı ərazidə  poçt xidmətlərinin göstərilməsində çətinliklər yaranıb. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin dərhal, tamamilə və qeyd-şərtsiz erməni işğalçı qüvvələrindən azad edilməsinə dair Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (30 aprel, 1993), 853 (29 iyun, 1993), 874 (14 oktyabr, 1993) və 884 (12 noyabr, 1993) saylı qətnamələri, eləcə də digər beynəlxalq təşkilatların qərar və qətnamələri yerinə yetirilməmiş qalır”.

Sənəddə bildirilib ki, işğal nəticəsində Azərbaycanın iqtisadiyyatına, o cümlədən poçt sahəsinə külli miqdarda ziyan dəyib. Bəyanatda vurğulanıb ki, bununla əlaqədar Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üçün yaradılmış İşçi Qrupu tərəfindən hesablamalar aparılır.

“Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində Ümumdünya Poçt Konvensiyasının poçt markalarının dövriyyəsinə dair 8-ci maddənin müddəalarını yerinə yetirmək mümkün olmur və həmin ərazilərdə yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” adlanan qanunsuz rejim adından poçt markalarının buraxılması, həmçinin Ümumdünya Poçt İttifaqının Nizamnaməsinin 23-cü maddəsinə zidd olaraq qanunsuz poçt əməliyyatlarının həyata keçirilməsi halları davam edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası bir daha bəyan edir ki, Azərbaycan Respublikasının Hökuməti Ümumdünya Poçt İttifaqının müvafiq qaydaları əsasında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış bütün ərazisində, o cümlədən işğal altındakı ərazilərdə belə, poçt markalarının dövriyyəyə buraxılması, poçt əməliyyatlarının həyata keçirilməsi üçün yeganə qanuni strukturdur. Azərbaycan Respublikasının Hökumətinin icazəsi olmadan işğal edilmiş ərazilərdə hər hansı poçt əməliyyatları həyata keçirilə bilməz və belə hallar Azərbaycan Respublikasının milli qanunvericiliyinə, eləcə də bu sahədə mövcud olan beynəlxalq hüquq normalarına ziddir və heç bir hüquqi qüvvəyə malik deyildir. Təəssüflə bildiririk ki, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərdə “Ümumdünya Poçt Konvensiyası və onun yekun Protokolu”nun müddəalarının həyata keçirilməsi həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək mümkün deyildir.

Azərbaycan Respublikası “Ümumdünya Poçt Konvensiyası və onun yekun Protokolu”nun müddəalarından irəli gələn hüquq və öhdəlikləri Ermənistan Respublikasına münasibətdə tətbiq etməmək hüququnu özündə saxlayır”, - deyə bəyanatda qeyd olunub.

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub

18-09-2018

DTX Kəlbəcərdə məskunlaşma ilə bağlı məlumat yaydı

18-08-2020

9 oktyabr - Ümumdünya Poçt Günüdür

09-10-2020

XİN: Booking.com-a qarşı tədbirlər görülür

17-11-2017

Azərbaycan Ümumdünya Poçt Konvensiyası və “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə qoşulacaq

02-10-2023

İndiyədək 11 mindən çox poçt markası nəşr olunub

15-07-2017

“Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub

19-11-2020

Bakcell Dağlıq Qarabağda qanunsuz fəaliyyətə etiraz edib

06-07-2018

“Azərpoçt” Qarabağda fəaliyyətə başlamağa hazırlaşır

19-11-2020

Rəsmi İrəvan Azərbayсanın ərazi bütövlüyünü tanıyır

31-08-2010

Azərbaycan Ümumdünya Poçt İttifaqının 28-ci Konqresində iştirak edəcək

13-05-2025

26 Noyabr - Ümumdünya İnformasiya Günüdür

26-11-2024

Bu gün Ümumdünya Mətbuat Azadlığı Günüdür

03-05-2016

Suriya poçt vasitəsilə beynəlxalq pulköçürmələrini bərpa edir

09-09-2025

Ağıllı texnologiyaların tətbiqi ilə işğaldan azad edilmiş ərazilər müasir texnologiyalar əsasında qurulacaq

17-05-2021

Azərbaycan Poçtu növbəti dəfə Qızıl sertifikat alıb-Foto

21-09-2016

Visa işğal olunmuş ərazilərdə fəaliyyətini tam dayandırıb

15-07-2019

İşğal olunmuş şəhərlərimizin peykdən görüntüləri

26-02-2019

Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

04-10-2021

Ermənistan Azərbaycana qarşı kiberhücumlar həyata keçirir - RƏSMİ

27-09-2020

Ermənilərin işğal olunmuş ərazilərdəki komanda-qərargah məntəqəsi darmadağın edilib-Rəsmi

04-04-2016

İşğal olunmuş rayonların virtual diyarşünaslıq muzeyləri şəbəkəsi yaradılır

04-10-2010

Azərbaycan XİN Türkiyənin NTV telekanalının jurnalistini akkreditasiyadan məhrum edib

30-09-2009

Azərbaycan Ümumdünya Poçt İttifaqının müzakirəsində iştirak edir

25-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə