Dünya Bankı Azərbaycana “Ağıllı kənd” yaratmağa dəstək göstərir

21-11-2022 / 12:50

Dünya Bankı Azərbaycan hökumətinə "Ağıllı kənd" konsepsiyasının tətbiqi ilə bağlı çərçivəni, qlobal nümunələri, həmçinin bu konsepsiyanın tətbiqi ilə bağlı "Yol xəritəsi"nin ilkin konturlarını təqdim edib.

Xeberler.az bildirir ki, bunu Dünya Bankının ölkə üzrə meneceri Sara Maykl Bakıda keçirilən “Ağıllı kəndlər: kənd yerlərinin inkişafına innovativ yanaşma” mövzusunda beynəlxalq konfransda bildirib.

"Biz Azərbaycan hökumətinə çox vacib və innovativ təşəbbüslərin reallaşdırılmasında dəstəyimizi davam etdiririk. Dünya Bankı "ağıllı kənd" təşəbbüslərini müxtəlif ölkələrdə, regionlarda dəstəkləyir. Biz Azərbaycan hökumətinə "Ağıllı kənd" proqramının icrasında dəstək göstərməkdən qurur duyuruq. Ötən il "Azərbaycanda ağıllı kəndlər" hesabatını dərc etdik", - S. Maykl deyib.

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə