Previous Next
Bağla

Ağıllı şəhər və kənd" layihələrini kim icra edəcək? – RƏY

10-02-2021 17:13
Ağıllı şəhər və kənd" layihələrini kim icra edəcək? – RƏY

“Prezidentin son zamanlardakı rəsmi qəbullarına diqqət yetirdikdə görmək olar ki, müzakirə predmeti mütləq işğal olunmuş ərazilərin gələcək infrastrukturu ilə bağlı olur.

Xüsusən də bu müzakirələrdə işğaldan azad olunan ərazilərdə "yaşıl zona"nın yaradılması, "Ağıllı şəhər və kənd" infrastrukturunun qurulması müxtəlif xarici şirkətlərlə birgə nəzərdə tutulur”.

Xeberler.az bildirir ki, bu barədə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz bildirib:

“Artıq Yaponiya, İtaliya, Böyük Britaniya şirkətlərinin bu prosesdə işirakı gözlənilir. Görünən odur ki, yaxın zamanlarda bu sahədə çox ciddi işlər başlanacaq. Düşünürəm ki, aidiyyəti qurumlar, Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyi (NRYTN, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİ) və digərləri bu sahənin inkişafı ilə əlaqəli konseptual məsələləri tez bir zamanda tamamlamalıdır.

Maraqlı tərəflərlə, xarici ekspertləri də dəvət etməklə müzakirələr aparılmalı, uğurlu təcrübələrdən istifadə olunmalıdır. Fikrimcə , "Ağıllı şəhər və kənd" infrastrukturu uzunmüddətli "Rəqəmsal Azərbaycan" konsepsiyasının bir tərkib hissəsi olmalıdır.

Odur ki, adıçəkilən qurumlar ilk öncə "Rəqəmsal Azərbaycan" konsepsiyasını ortaya qoymalıdır.

Ölkənin bütün sahələrinin, dövlət və özəl sektorun, bütövlükdə cəmiyyətin rəqəmsal transformasiyası, ölkə üzə İT-arxitektura, eGov-un və regional eGov-un gələcək inkişafı bu sənəddə öz əksini tapmalıdır”.

Ekspert hesab edir ki, ölkədə rəqəmsal transformasiya ilə bağlı ayrıca yeni mərkəzin, mümkündür ki, NRYTN və ya VXSİ Dövlət Agentliyinın mövcud strukturunda belə bir mərkəzin yaradılması, "yaşıl zona" və "Ağıllı şəhər və kənd" layihələri ilə bağlı əlaqələndirici qurumun formalaşdırılması doğru addım olar:

“Uzun illər formalaşmış hüquqi normativ baza rəqəmsal transformasiyaya və eGov tələblərinə uyğunlaşdırılmalıdır. Bu sahədə uğur qazanan ölkələrin təcrübəsinə baxanda görmək olar ki, yüzlərlə qanun və qərarlara dəyişiklik və əlavələr edilməlidir. İşğaldan azad olunmuş ərazilərin spesifik xüsusiyyətləri nəzərə alınaraq "Ağıllı şəhər və kənd" layihəsinin icra olunacağı pilot ərazilər, "ağıllı" formaya keçiriləcək prioritetlər, İT infrastruktur, toplanacaq dataların tipləri və emal mərkəzləri müəyyən olunmalıdır”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qarabağ “Ağıllı şəhər”ə və “ağıllı kənd”ə çevriləndə belə olacaq

16-02-2021

Nazir: İşçi qrupun fəaliyyəti “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə sürətli keçid üçün zəmin yaradacaq

20-04-2021

Ekspert: Konsepsiya ortada yoxdur, konkret layihələrdən danışılır

22-11-2022

Nazirlik: Azad edilmiş ərazilərdə "ağıllı" xidmətlər mobil və stasionar rabitə hesabına reallaşdırılır

27-02-2021

Azad edilmiş ərazilər rəqəmsallaşdırılır

21-11-2022

Zəngilanda "ağıllı kənd" hazırdır

19-05-2022

Ekspert: “Ağıllı kənd” konsepsiyasının reallaşmasına hansı qurum cavabdehdir?

09-03-2021

Azərbaycan Cənubi Koreyanın “ağıllı” idarəetmə mərkəzlərinin təcrübəsi ilə tanış olub

08-06-2023

Ayaz Müseyibov: “Azərbaycan rəqəmsal infrastrukturu təkmilləşdirir”

22-06-2023

EHİM: Kəndlərdə rəqəmsal mühitə çıxışı məhduddur

21-11-2022

Nazir: 2024-cü ilin sonuna qədər Azərbaycanda fiber-optik çəkilməyən ev qalmamalıdır

21-11-2022

Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə olunub

16-12-2021

Nazir: "ABŞ şirkətlərinin "ağıllı texnologiya" təcrübəsinin tətbiqinə hazırıq"

28-07-2021

"Ağıllı şəhər" konsepsiyası ilə bağlı müzakirələr aparılıb

17-01-2023

“Azercell” azad olunmuş ərazilərdə şəbəkəsini genişləndirir

09-08-2021

AzTU və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə seminar keçirilib

18-02-2021

“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - SƏRƏNCAM

19-04-2021

Regionlarda elektron hökumət quruculuğunun vəziyyəti necədir?

09-07-2019

RİNN Dünya Bankı ilə birgə Azərbaycanda tənzimləyici qurum yaradacaq

21-11-2022

“Ağıllı şəhər” konsepsiyasının təhlükəsi açıqlandı

07-05-2021

“Azərişıq” ASC-də “3D mobil xəritə” sistemi tətbiq edilib

03-02-2022

“Açıq məlumatlar” portalına neçə qurum inteqrasiya edib? – EKSPERT

22-04-2021

Çin şirkəti Qarabağda: Risklər aradan qalxıbmı?.. - Osman Gündüz

29-04-2021

WUF13-də “ağıllı şəhər”lər və süni intellekt müzakirə olunur

22-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə