Previous Next
Bağla

Azad edilmiş ərazilər rəqəmsallaşdırılır

21-11-2022 17:02
Azad edilmiş ərazilər rəqəmsallaşdırılır

Məlumat verdiyimiz kimi, bu gün Bakıda Dünya Bankının dəstəyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi  (RİNN) və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: “ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, kənd təsərrüfatı naziri İnam Kərimov, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, müxtəlif dövlət orqanlarının, səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Bu barədə Xeberler.az-a RİNN-dən məlumat verilib.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası təkcə müasir şəhərsalma tendensiyaları və texnologiyaların tətbiqindən ibarət deyil:

“Bu konsepsiyada insanların həyat şəraitini yaxşılaşdırmaq məqsədilə infrastrukturun yaradılması, dövlət xidmətlərinə əlçatanlığın təmin edilməsi, kəndlərdə yaşayan insanların məşğulluq məsələləri, iş imkanları, asudə vaxtlarının səmərəli keçirilməsi nəzərdə tutulur. Bütün bu istiqamətlər üzrə sürətli və keyfiyyətli işlər görülür”.

 Konfrans öz işini panel sessiyalarda davam etdirib. Sessiyalarda   “Xidmətlərin rəqəmsallaşdırılması və dayanıqlı həyat tərzi”, “Yaşıl enerjiyə keçid”, “Azərbaycanda “Ağıllı kənd” konsepsiyasının tətbiqi”, “Kənd yerlərində tətbiq olunacaq ağıllı həllərin tətbiqi və dayanıqlılığın təmin edilməsində özəl sektorun rolu” mövzusunda müzakirələr və təqdimatlar keçirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dünya Bankı Azərbaycana “Ağıllı kənd” yaratmağa dəstək göstərir

21-11-2022

Qarabağ “Ağıllı şəhər”ə və “ağıllı kənd”ə çevriləndə belə olacaq

16-02-2021

RİNN Dünya Bankı ilə birgə Azərbaycanda tənzimləyici qurum yaradacaq

21-11-2022

“Ağıllı kənd” pilot layihəsi xarici qonaqlara təqdim edilib

05-12-2023

Ekspert: Konsepsiya ortada yoxdur, konkret layihələrdən danışılır

22-11-2022

Nazir: İşçi qrupun fəaliyyəti “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə sürətli keçid üçün zəmin yaradacaq

20-04-2021

Zəngilanda "ağıllı kənd" hazırdır

19-05-2022

EHİM: Kəndlərdə rəqəmsal mühitə çıxışı məhduddur

21-11-2022

“Ağıllı kənd”də ilk iclas keçirildi

14-06-2022

Kənd təsərrüfatının rəqəmsal gələcəyi müzakirə edilib

20-04-2018

“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - SƏRƏNCAM

19-04-2021

Soltanlı kəndində “ağıllı kənd” yanaşmaları tətbiq olunacaq.

24-11-2023

Yeni nazir əsas fəaliyyət prinsiplərini açıqlayıb

23-04-2018

Nazir: 2024-cü ilin sonuna qədər Azərbaycanda fiber-optik çəkilməyən ev qalmamalıdır

21-11-2022

Dünya Bankı Azərbaycanla əməkdaşlığı genişləndirir

14-07-2021

Özbəkistan Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşdırılması təcrübəsini öyrənir

05-07-2023

Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə olunub

16-12-2021

Naxçıvanda “Ağıllı şəhər və Ağıllı kənd” Startap Festivalı keçirilib

22-05-2026

Rayonlarda “E-kənd təsərrüfatı” informasiya sistemi tətbiq edilir

26-11-2015

"I yarımildə 472 min insan yüksəksürətli internetə çıxış əldə edib"

21-11-2022

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026

Azərbaycan İsraillə aqrar innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edə bilər

13-02-2023

Kanada parlamentinin üzvü: "Zəngilandakı "Ağıllı kənd" heyrətamiz məkandır"

23-05-2023

“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi”nə start verilib

15-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə