Previous Next
Bağla

Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib

12-09-2022 16:29
Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib

Mərkəzi Bankın təşəbbüsü ilə Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” konsepsiyasının ən mühüm komponentlərindən biri olan nağdsız ödəniş ekosisteminin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilib. Bank sektoru və beynəlxalq kart təşkilatlarının iştirakı ilə rəqəmsal ödəniş həllərinin tətbiqi kənd sakinlərinin maliyyə xidmətlərinə çıxış imkanlarını artırmaqla rahat, sürətli və təhlükəsiz ödənişlərin qəbuluna imkan yaradıb

Xeberler.az bildirir ki, həyata keçirilən tədbirlər çərçivəsində Ağalı kəndində fəaliyyət göstərən təsərrüfat subyektləri nağdsız ödənişlərin qəbulu üçün tələb olunan bütün zəruri vasitələrlə təmin olunmuşdur. Alternativ ödəniş imkanlarının formalaşdırılması məqsədilə Ağalı kəndində ödəniş terminalları quraşdırılmış, bank hesabları və ödəniş kartlarına 24/7 rejimində mədaxil imkanı yaradılmışdır. Eyni zamanda, ödəniş kartlarının əldə olunması üçün müraciət edən şəxslərə bank hesabları açılmış və ödəniş kartları təqdim olunub.

Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, “Kapital Bank” ASC və “Mastercard” beynəlxalq kart təşkilatının dəstəyi ilə Ağalı kənd orta məktəbinin şagirdləri üçün “Smart təhsil kartı” layihəsi uğurla icra olunmuşdur. Layihə çərçivəsində həm məktəbli kartı, həm də nağdsız ödənişlərin həyata keçirilməsinin dəstəklənməsi funksionallıqlarını özündə birləşdirən smart təhsil kartları şagirdlərə təqdim edilib.

Ağalı kəndində yaradılmış nağdsız ödəniş infrastrukturundan istifadənin stimullaşdırılması məqsədilə “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC və “Mastercard” beynəlxalq kart təşkilatının dəstəyi ilə təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə xüsusi “cashback” layihələrinə start verilib. Bununla yanaşı, əhalinin maliyyə savadlılığının artırılması məqsədilə bütün hədəf qruplarını əhatə edəcək maarifləndirici tədbirlər proqramı hazırlanıb. Proqram çərçivəsində məktəblilər üçün nəzərdə tutulan vebinarlarda iştirakın stimullaşdırılması məqsədilə bütün məktəblilər planşetlərlə təmin olunub.

Qeyd edək ki, “ağıllı kənd” konsepti əsasında həyata keçirilən nağdsız ödəniş layihələrinin digər regionlarda da tətbiqi nəzərdə tutulub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bank rəqəmsal ödənişlərin stimullaşdırılması məqsədilə keçirilən Kartla ödə, kartla qazan lotereyasına start verir

30-01-2019

İyunda elektron ticarət üzrə 2 min 867 milyon manat nağdsız ödəniş edilib

27-07-2023

Şamaxı “Nağdsız Azərbaycan” innovasiyalarında liderlik edir

17-02-2021

"Visa" rəsmisi: "Azərbaycanın dəmir yollarında nağdsız ödəniş hər gün artır"

13-06-2023

Apreldə ölkədaxili nağdsız əməliyyatların həcmi 1,9 dəfə artıb

24-05-2023

Unibank daha bir beynəlxalq ödəniş sisteminə qoşuldu

17-11-2015

Azərbaycanda bank kartlarının sayında və nağdsız ödənişlərdə böyük artım

26-12-2023

Kart vasitəsilə edilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb

25-02-2025

Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

23-08-2022

İnternet üzərindən aparılan nağdsız ödənişlər vətəndaşlara 2 ağlasığmaz mükafat qazanmağa imkan verir

25-09-2013

Nağdsız hesablaşmalara aid qanun layihəsi müzakirə edilib

20-09-2013

Mərkəzi Bank Ani Ödənişlər Sistemini pilot rejimində təqdim edib

12-08-2020

9 ayda "Milli Ödəniş Sistemləri" ilə edilən əməliyatlar 590 milyard manat olub

19-11-2025

Azərbaycan Mərkəzi Bankı və Mastercard şirkəti tərəfindən Naxçıvanda layihə həyata keçirilir

08-06-2018

Ödəniş sistemlərinin təhlükəsizliyi gücləndirilir

20-11-2015

Ödəniş sistemlərinin təhlükəsizliyi təkmilləşdirilir

14-09-2015

Bütün avtobuslarda NFC ödənişləri aktivləşdirilib

29-12-2025

Ötən il ödəniş kartlarının 80 faizi təmassız ödənişləri dəstəkləyib

10-03-2025

Azərbaycanda nağdsız ödənişlər 3 mlrd. manata çatıb

25-01-2023

Mərkəzi Bank ilə “UnionPay” arasında Memorandum imzalanıb

30-01-2026

E-xidmətlərdən istifadə ilə bağlı maarifləndirici tədbirlər davam edir

25-04-2016

Ağalı kənd sakinlərinin məşğulluğu üçün dəstək tədbirləri hazırlanıb

19-07-2022

Visa Token xidməti istifadəyə veriləcək

09-09-2019

E-Manat terminalları ASAN Ödəniş sisteminə qoşuldu

22-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə