"eBay” şirkətinə yeni rəhbər təyin olunub

14-04-2020 / 10:30

“eBay” onlayn alış-veriş şirkətinin Direktorlar Şurası Ceymi Yannonu baş direktor vəzifəsinə təyin edib.

Xeberler.az şirkətin saytına istinadən bildirir ki, bu barədə açıqlama verən şura sədri Tomas Tirni son bir neçə aydır baş direktor əvəzi işləyən Skott Şenkelə təşəkkür edib.

Aprelin 27-dən yeni vəzifəyə başlayacaq C.Yannon əvvəllər “Walmart” onlayn alış-veriş şirkətinin bir bölümü olan “Walmart eCommerce”nin icraçı direktoru işləyib. 2002-2009-cu ildə isə “eBay”da müxtəlif vəzifələrdə çalışmış C.Yannon yeni vəzifədə əsas məqsədlərindən biri kimi kiçik sahibkarlığa dəstək olacağını qeyd edib.

“eBay”ın əvvəlki baş direktoru Devin Veninq isə 2019-cu ilin sentyabr ayında istefa verib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə