Previous Next
Bağla

Baxışla idarə olunan ilk virtual mağaza

19-05-2016 16:59
Baxışla idarə olunan ilk virtual mağaza

ABŞ-ın eBay şirkəti mayın 18-də ilk virtual reallıq mağazasını istifadəyə verib. Layihə Avstraliyanın Myer pərakəndə satış şirkəti ilə birgə yaradılıb.
 
Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, virtual mağazaya virtual eynəklər vasitəsilə daxil olmağa imkan verən eBay Virtual Reality Department Store əlavəsi AndroidiOS əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğular üçün nəzərdə tutulub.

Xüsusi qurğuları olmayan alıcılar üçün MyereBay 20 min pulsuz Google Cardboard virtual reallıq eynəyi təqdim edir.

Bildirilir ki, həmçinin virtual alış-veriş üçün istifadəçiyə hərəkətlərini baxışla idarə etməyə imkan verən xüsusi eBay Sight Search texnologiyası hazırlanıb. Müəyyən əşyanı seçmək üçün ona bir neçə saniyə diqqətlə baxmaq tələb olunur.

Mütəxəssislərin sözlərinə görə, gələcəkdə alqoritm alıcılara onların əvvəlki alış-verişlərinə əsaslanaraq məhsullar təklif edəcək.

Hazırda 3D formatında yalnız 100 ən populyar mala baxmaq mümkündür. Daha 12,5 min əşya ilə 2D standartında tanış olmaq olar.  

Qeyd edək ki, eBay internet mağazası 1995-ci ildə proqramçı Pyer Omidyar tərəfindən yaradılıb. Mağazada qeydiyyatdan keçmiş istənilən istifadəçi alış-veriş edə bilər.

eBay-da brend şirkətlər də öz mallarını sata bilərlər. Onlar tərəfindən satışa çıxarılan malları adi istifadəçi lotları arasında tapmaq mümkündür.

Əvvəllər eBay-da nəhəng marka və şirkətlər tərəfindən malların birbaşa satılması üçün nəzərdə tutulan ayrıca brands.ebay.com bölməsi fəaliyyət göstərib. Bölmə indiyədək aktiv olsa da, orada yerləşdirilən kateqoriyaların əksəriyyəti boşdur.

eBay, həmçinin PayPal və Ebay Enterprise şirkətlərinin sahibidir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“eBay” əlavəsi “Android” sistemli qurğulara 100 milyon dəfə yüklənib

“eBay” əlavəsi “Android” sistemli qurğulara 100 milyon dəfə yüklənib

13-04-2015
2009-cu ildə e-Bayda ən çox alış-veriş edənlər kimlərdir?

2009-cu ildə e-Bayda ən çox alış-veriş edənlər kimlərdir?

11-12-2009
"eBay” şirkətinə yeni rəhbər təyin olunub

"eBay” şirkətinə yeni rəhbər təyin olunub

14-04-2020
Facebook eBay elanlarını göstərəcək

Facebook eBay elanlarını göstərəcək

09-01-2025
eBay və PayPal əməkdaşlığa son qoydu

eBay və PayPal əməkdaşlığa son qoydu

22-07-2015
eBay, Skype-nin hissələrini satır!

eBay, Skype-nin hissələrini satır!

04-09-2009
Şairimizin poçt markası eBay-də satışa çıxarılıb

Şairimizin poçt markası eBay-də satışa çıxarılıb

15-08-2015
eBay auksionuna qarşı 3,8 milyard ABŞ dolları məbləğində iddia irəli sürülüb

eBay auksionuna qarşı 3,8 milyard ABŞ dolları məbləğində iddia irəli sürülüb

15-07-2010
Skype-ın bəxti açılıb :)

Skype-ın bəxti açılıb :)

20-04-2009
eBay mağazasının satışları kəskin sürətdə azalıb

eBay mağazasının satışları kəskin sürətdə azalıb

13-03-2015
Azərbaycan poçt markaları eBay-də satışa çıxarılıb

Azərbaycan poçt markaları eBay-də satışa çıxarılıb

29-01-2016
eBay-də  poçt markalarımızın sayı artır

eBay-də poçt markalarımızın sayı artır

28-02-2016
Azexport.az portalı Azərbaycan məhsullarını “Amazon” və “eBay”- da satışa çıxarıb

Azexport.az portalı Azərbaycan məhsullarını “Amazon” və “eBay”- da satışa çıxarıb

25-02-2022
“Amazon” və “eBay”da Azərbaycan məhsullarının çeşidi artırılacaq

“Amazon” və “eBay”da Azərbaycan məhsullarının çeşidi artırılacaq

06-09-2022
Virtual reallıqda alış-veriş

Virtual reallıqda alış-veriş

30-06-2017
eBay hərracında Kür və Araz çayları əks olunan rəsmlər satışa çıxarılıb

eBay hərracında Kür və Araz çayları əks olunan rəsmlər satışa çıxarılıb

30-05-2015
YouTube üçün virtual reallıq əlavəsi təqdim edilib

YouTube üçün virtual reallıq əlavəsi təqdim edilib

11-11-2016
“ABAD” məhsulları “Amazon” və “eBay”da  təqdim olunub

“ABAD” məhsulları “Amazon” və “eBay”da təqdim olunub

04-04-2022
Azexport.az “Made in Azerbaijan” məhsullarını “Amazon” və “eBay”- də satışa çıxarıb

Azexport.az “Made in Azerbaijan” məhsullarını “Amazon” və “eBay”- də satışa çıxarıb

02-02-2022
“eBay” internet auksionunun mənfəəti artdı

“eBay” internet auksionunun mənfəəti artdı

22-07-2010
Google və Facebook nə qədər maaş verir?

Google və Facebook nə qədər maaş verir?

31-10-2015
Bakı 2015-in atributları satışa çıxarılıb

Bakı 2015-in atributları satışa çıxarılıb

13-08-2015
Azərbaycanın ABŞ bazarına Amazon və eBay-la ixrac imkanları yaranıb

Azərbaycanın ABŞ bazarına Amazon və eBay-la ixrac imkanları yaranıb

16-01-2023
Azərbaycanda "eBay"in analoqu yaradılır

Azərbaycanda "eBay"in analoqu yaradılır

04-06-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə