Məşhur texnologiya şirkətinin icraçı direktoru istefa etdi

02-02-2018 / 11:32

Tanınmış texnologiya şirkəti Sony-nin icraçı direktoru ( CEO) Kazuo Hirai şirkətdəki bu vəzifəsindən istefa edib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, onun yerinə istehlakçı elektronika sahəsində şirkətinin itkilərini azaltmaqda böyük rol oynayan CFIC Kenichiro Yoshida keçəcək.

2012-ci ildə Sony şirkətinin icraçı direktoru vəzifəsinə təyin olunmuş Hirai şirkətin PC və televiziya şöbələrində minlərlə işçini vəzifədən azad etmişdi.

İlk illəri çətinliklə keçən Hirai Sony-nin smartfonlarda istifadə olunan görüntü sensorlar satışında sabit bir artıma səbəb olmuşdu.

Yoshida aprelin 1-dən Sony-nin yeni CEO-su olacaq.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə