Previous Next
Bağla

Nazirliyin e-xidməti beynəlxalq müsabiqədə uğur qazanıb

17-05-2017 14:17
Nazirliyin e-xidməti beynəlxalq müsabiqədə uğur qazanıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemlərindən biri olan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi daha bir beynəlxalq uğur qazanıb.

Xeberler.az-ın məlumatına görə, BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən elan olunmuş “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2017 Mükafatları” müsabiqəsində Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi “İKT Proqramları: E-Məşğulluq” nominasiyası üzrə ən çox səs toplayan ilk 5 layihədən biri olub.

BTİ beynəlxalq telekommunikasiyanın nizamlanmasına, standartlaşdırılmasına, uzlaşdırılmasına və inkişafına, eyni zamanda bu sahədə dövlətlərin siyasətinin uyğunlaşdırılmasına cavabdehdir. Hazırda 193 ölkənin üzv olduğu BTİ-yə həmçinin bir sıra İKT tənzimləyiciləri, aparıcı elmi institutlar və 700-ə yaxın texnoloji şirkət daxildir.

Müsabiqəyə müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın ayrı-ayrı qurumları tərəfindən təqdim olunmuş  elektron sistemlərə dair ümumilikdə 467 layihə ekspertlər qrupu tərəfindən nəzərdən keçirilib. Onlardan 345 elektron layihə uğurlu hesab edilərək müsabiqədə iştirak etməyə buraxılıb. Ümumilikdə 18 nominasiya üzrə onlayn səsvermə əsasında keçirilən müsabiqə nəticəsində  nominasiyaların hər biri üzrə ən çox səs toplayan ilk 5 layihə müəyyən olunub və həmin  layihələrdən ibarət 90 “Çempion layihə” seçilib. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi müsabiqənin “Çempion layihə”lər siyahısına daxil edilib.

Cari ilin iyun ayında İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçiriləcək “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2017” tədbirində  90 “Çempion” layihədən 18 “Qalib layihə” (yəni  hər nominasiya üzrə 1 qalib) elan olunacaq və BTİ-nin Baş Katibi tərəfindən “Çempion” və “Qalib” layihələrlə bağlı mükafatlar təqdim ediləcək. Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyətinin də iştirakı nəzərdə tutulur. Nümayəndə heyəti həmçinin İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin İcmalı və Davamlı İnkişaf Məqsədləri üzrə “Ümumdünya Kafesi” tədbirində də iştirak edəcəkdir.

Qeyd edək ki, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi bundan əvvəllər də mötəbər beynəlxalq təşkilatlar tərəfindən müasir texnologiyaların fəaliyyət və xidmətlər sferasında uğurlu tətbiqinin bariz nümunəsi kimi dəfələrlə yüksək dəyərləndirilib. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər elektron sistemləri ilə yanaşı, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi də qabaqcıl təcrübə nümunəsi kimi BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalına daxil edilib və təbliğ olunur. Bu informasiya sistemləri, o cümlədən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemini öyrənərək tətbiq etməyə, bu məqsədlə ölkəmizlə təcrübə mübadiləsi aparmağa maraq göstərən ölkələrin də sayı getdikcə artır.

 2014-cü ilin iyulundan istifadəyə verilən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi əmək münasibətlərinin və bu münasibətlərdə baş verən dəyişikliklərin elektron müstəvidə rəsmiləşdirilərək şəffaflaşdırılmasına, əmək bazarına nəzarətin çevik və səmərəli təşkilinə, əmək münasibətlərinin dolğun və obyektiv uçotunun aparılmasına imkan verib. Tətbiqinə başlanıldığı ilk gündən “Elektron hökumət” portalında geniş istifadəçi auditoriyasına malik olan bu sistemə cari ilin 01 may tarixinədək 8 milyona yaxın müraciət olunub.

Günel

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan beynəlxalq İKT müsabiqədə qalib olub

14-06-2017

Əmək müqaviləsi bildirişini elektron alanların sayı açıqlandı

27-10-2017

Bu e-xidmətə 10 milyona yaxın müraciət olub

15-08-2017

Nazirliyin bu e-xidmətinə 7 milyondan çox müraciət olub

01-05-2017

Elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub

24-01-2015

Elektron informasiya sistemində 1 milyondan artıq müraciət qeydə alınıb

12-07-2016

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015

Nazirlik 30-a qədər elektron xidmət göstərir

15-02-2017

Əmək müqaviləsi bildirişi elektron imza vasitəsilə daxil ediləcək

08-06-2015

E-sistemdə əmək müqaviləsi olan işçilərin yaş qrupları açıqlanıb

21-06-2021

Əmək müqaviləsi bildirişləri üzrə e-sistemdən istifadə sayı açıqlanıb

10-11-2015

Əmək müqaviləsi ilə bağlı xidmətdən istifadənin statistikası açıqlandı

04-08-2015

120 min şəxsə elektron qaydada fərdi hesab açılıb

09-07-2020

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

11-08-2015

Əmək müqaviləsi bildirişi ilə bağlı e-xidmətdən istifadə sayı hesablanıb

07-10-2015

Nazirliyin iki innovativ layihəsi “çempion” oldu

17-03-2023

11 mindən çox əmək müqaviləsi elektron qeydiyyatdan keçib

07-12-2015

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

10-06-2016

Əmək müqaviləsi bildirişləri üzrə e-müraciətlər 5,3 faiz artıb

26-12-2016

“Əmək müqaviləsi bildirişi” altsisteminə giriş məhdudlaşdırılacaq

06-05-2022

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

08-09-2016

Nazirlik e-xidmətindən istifadə edənlərin sayını açıqladı

08-12-2015

Elektron qaydada 36 mindən çox əmək müqaviləsi bildirişi əldə edilib

03-09-2015

Bu e-xidmətə 1 ayda 59 mindən çox müraciət olunub

13-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə